Qətərin Baş naziri İsrail və HƏMAS arasında girovlarla bağlı danışıqlarda irəliləyişin olduğunu açıqlayıb
Bakı, 29 yanvar, AZƏRTAC
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani Misir, İsrail və ABŞ kəşfiyyat rəhbərlərinin iştirakı ilə keçirilən danışıqlarda HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı irəliləyişə nail olunduğunu bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baş nazir Vaşinqtonda Atlantik Şurada çıxış edərkən deyib: “Danışıqlardakı irəliləyişlər hər şeyin əvvəlki vəziyyətinə qayıtmasına imkan verəcək və ya heç olmasa gələcək fəaliyyət üçün zəmin yaradacaq".
Onun sözlərinə görə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında yeni saziş bağlamaq məqsədi daşıyan İsrail və HƏMAS arasında danışıqların hazırkı mərhələsi gələcəkdə daimi atəşkəsə gətirib çıxara bilər.
Qətərin Baş naziri qeyd edib ki, potensial razılaşmanın əsas şərti bütün israilli girovların azad edilməsi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]