QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Görüşdə Soros Fondunun, Hyuman Rayts Voç, Fridoom Haus, İREX təşkilatlarının və Milli Demokratiya İnstitutunun nümayəndələri iştirak edirdilər.
İREX təşkilatının rəhbəri Mark Pomar Prezident İlham Əliyevi salamladı, görüş iştirakçılarını dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev dedi ki, mənim Vaşinqtona səfərim Azərbaycan ilə ABŞ arasında qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün gözəl imkandır və ölkələrimizin əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün bunun böyük əhəmiyyəti olacaqdır.
Cənab Pomar dedi ki, biz Azərbaycanda təhsil mübadiləsi proqramlarını həyata keçiririk və səfir Hafiz Paşayev hələ sovet dövründə, yəni 1970-ci illərdə bu layihənin ilk azərbaycanlı məzunlarından biri olmuşdur. Bu, əməkdaşlığımıza yaxşı nümunədir.
Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti və gələcək layihələri barədə məlumat verdilər. Bildirildi ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycanın daha da möhkəmlənməsi, haqlı mövqeyinin müdafiə olunması və əsil həqiqətlərin yayılması üçün bu təşkilatların da üzərinə mühüm vəzifələr düşür və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Amerika Birləşmiş Ştatlarının PBC telekanalının müxbiri Fərid Zakariyə müsahibə vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri davam edir.