QEYRİ-QANUNİ REFERENDUMLA BAĞLI SANKT-PETERBURQDA ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Erməni təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisindən və Azərbaycanın işğal olunmuş digər rayonlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər, torpaqlarımızın azadlığı uğrunda ermənilərə qarşı döyüşmüş soydaşlarımız, Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyəti sədrinin müavini Ə.Salmanov, icraçı direktoru A.Qasımov, şura üzvü M.Həsənov, Avrasiya Gənclər Birliyinin Sankt-Peterburq bölməsinin sədri Andrey Şteynberq, Gertsen adına Sankt-Peterburq Pedaqoji Universitetinin dosenti, taninmiş sənət xadimi F.Çələbi, Sankt-Peterburq Dövlət Texniki Universitetinin professoru F.Kəsəmənli, milli-mədəni muxtariyyətin digər üzvləri, tanınmış iş adamları, gənc nəslin nümayəndələri tədbirdə iştirak etmişlər.
Toplantıda çıxış edən natiqlər Dağlıq Qarabağ ərazisində ermənilər tərəfindən qeyri-qanuni referendumun keçirilməsini qətiyyətlə pisləmiş, xalqımızın haqq səsinin bütün dünyaya yayılmasının vacibliyini vurğulamışlar.
Tədbirin sonunda Qarabağ problemi ilə əlaqədar müzakirələr aparılmış, ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham liyevin bu problemin həlli istiqamətində gördükləri böyük işlərdən danışmışlar. Aksiya iştirakçıları qeyri-qanuni referendumla bağlı Bəyanat imzalayaraq dünyanın nüfuzlu təşkilatlarına göndərmişlər.