Qış Olimpiya Oyunlarının keçiriləcəyi yerdə 1800 il yaşı olan tikilinin qalıqları tapılıb
Pekin, 10 mart, AZƏRTAC
Çində 2022-ci ildə təşkil olunacaq Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanda inşaat işləri aparılarkən 1800 il yaşı olan tikilinin qalıqları tapılıb.
AZƏRTAC xəbər verir ki, paytaxt Pekin ilə yanaşı, Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Xebey vilayətinin Canciakou şəhərindəki Olimpiya kəndində arxeoloqlar Cin sülaləsinin (1115-1234-cü illər) hakimiyyəti dövrünə aid sarayın qalıqlarını aşkar ediblər.
Olimpiya kəndinin inşası çərçivəsində Xebey vilayətinin Mədəni İrs İnstitutunun mütəxəssisləri 7 ay əvvəl həmin ərazidə arxeoloji qazıntılara başlayıblar. İnstitutun baş elmi işçisi Xuan Sin deyib ki, tapılan tikilinin Çin sülaləsi imperatorlarının yay sarayı olduğu güman edilir. Dördbucaq formada olan sarayın ərazisindən imperator möhürü olan kərpiclər və saxsı qablar, digər əşyalar tapılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]