Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
Bakı, 25 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 4588,6 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.
İyulun 1-nə olan vəziyyətə əsasən, 923,5 kiloqram hazır məhsul ehtiyatı qalıb.