Qrup hərəkətləri komandaları dünya kuboku yarışlarında mübarizəyə qoşulublar
Bakı, 7 may, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında qrup hərəkətləri komandaları mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, qrup hərəkətləri komandaları 5 topla proqramlarını təqdim edirlər.
Ölkəmiz turnirdə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası təmsil olunur.
Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.
Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.