Quba-İspik avtomobil yoluna asfalt döşənir
Quba, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın rayon mərkəzini İspik kəndi ilə birləşdirən avtomobil yolunun asfaltlanmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-İspik avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb. Hazırda yola 6 metr enində yüksəkkeyfiyyətli asfalt örtüyü döşənir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba-İspik avtomobil yolunda təmir işlərinin gedişi ilə tanış olub, İspik kənd sakinlərinin təəssüratlarını öyrənib.