REGİONLAR
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Gəncədə təcrübə mübadiləsi aparıblar
Quba, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Soyqırımı Memorial Kompleksi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları arasında təcrübə mübadiləsi aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Quba Soyqırımı Memorial Kompleksi əməkdaşlarının 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Gəncə şəhərinə təşkil olunan səfər çərçivəsində həyata keçirilib.
Səfər çərçivəsində kompleksin əməkdaşlarının dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyinə və Şah Abbas məscidinə ziyarəti təşkil edilib.
Kompleksin rəhbərliyi və 14 əməkdaşı Gəncə şəhərində ermənilər tərəfindən raket hücumuna məruz qalaraq dağılmış əraziləri də ziyarət edib, terror hadisəsi qurbanlarının, eləcə də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirələrini ehtiramla anıblar.