Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO
Quba, 24 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşlı futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində reallaşan tədbir iştirakçı komandaların stadiona dəvət edilməsi ilə başlayıb.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış edərək, turnirdə yarışan komandalara uğurlar arzulayıblar.
Bildirilib ki, “Ulduz Cup” beynəlxalq turniri ölkəmizdə uşaq futbolunun inkişafına dəstək olacaq.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra bədii hissə təqdim olunub.
Açılış mərasimindən sonra turnir "Ulduz" və "Bunyodkor" komandalarının qarşılaşması ilə davam edib.
Müxbir- Elxan Yusifli