Qubada minik maşını aşıb, sürücü xəsarət alıb VİDEO
Quba, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz yolunda minik avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verən hadisə zamanı “VAZ 21014” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə zamanı yüngül xəsarət alan sürücü sakinlərin köməyi ilə avtomobildən çıxarılıb.
İlkin ehtimala görə, hadisəyə avtomobilin hava şəraitinə uyğun olmayan yüksək sürətlə idarə edilməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.