Qubada yaşayış binasında qaz sızması partlayışla nəticələnmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Qubada ikimərtəbəli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış baş vermişdir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan üç otaqlı mənzilin arakəsmə divarları dağılmışdır.
Partlayış zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri almışdır. Yaralı sakinlər tərəfindən mərkəzi rayon xəstəxanasına çatdırılmışdır.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]