Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUBADLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MALİK İSAQOVUN ÇIXIŞI

-Zati-aliləri möhtərəm cənab Prezident!

Bu gün hamıya məlumdur ki, əgər ulu öndərimiz Heydər Əliyevin qətiyyətli, çevik tədbirləri olmasaydı, dağlıq rayonda yaşamış insanların 1993-cü ilin qızmar yay günlərində birdən-birə aran bölgələrinə səpələnməsi ikinci fəlakətə, onların bütünlüklə məhvinə səbəb ola bilərdi.

Yurd-yuvalarından didərgin düşmüş insanlar ümummilli liderimizin gördüyü tədbirlər nəticəsində qısa bir vaxtda, əsasən, yaşayış üçün müəyyən şəraiti olan binalarda yerləşdirildi. Onların minimum yaşayışının təmin edilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirildi, rayonun bütün idarəetmə strukturları bərpa olundu.

Ulu öndərimizin ürək ağrısı ilə “Çadırlarda yaşayan məcburi köçkünlərin üzərinə yağan yağış, qar, belə hesab edirəm ki, mənim üzərimə yağır” - deməsi, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər o ağır vaxtlarda, elə indinin özündə də, məcburi köçkünlər üçün həyati əhəmiyyət kəsb edən, sabaha inam yaradan bir stimul oldu. Çətin şəraitdə yaşayan insanların dözümünə dözüm qatdı, haradasa ümidi zəifləmiş insanların problemlərinin daim ölkə başçısının diqqətində olduğunu anlatdı.

Böyük qürur hissi ilə demək lazımdır ki, ulu öndərimizin qaçqın və məcburi köçkünlərə göstərdiyi gündəlik qayğı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Həyata keçirilən bütün tədbirlər onu göstərir ki, bu problemə Siz böyük ürək ağrısı ilə yanaşırsınız. Buna görə də Sizə bütün qubadlılıların minnətdarlığını, hörmət və ehtiramını çatdırıram.

Məlumat üçün bildirmək istəyirəm ki, Qubadlı rayonundan olan 32 min nəfər məcburi köçkün respublikanın 5 şəhəri və 26 rayonunda müvəqqəti məskunlaşmışdır. Məcburi köçkünlərin məskunlaşdığı binalar Dövlətqaçqınkomun köməyi ilə yaşayış üçün uyğunlaşdırılmış, bəzi yataqxana və pansionatlarda təmir işləri görülmüş, on kilometrlərlə yeni elektrik, su, qaz xətləri, yeni yollar çəkilmişdir. Sumqayıt şəhərində müasir tələblərə cavab verən rayon mərkəzi xəstəxanasının poliklinika binası tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdir.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə məktəb tikintisi geniş vüsət almışdır. Məlumat üçün bildirirəm ki, 2003-cü ildən etibarən qubadlılılar üçün hər cür şəraiti olan 11 yeni məktəb binası tikilmiş, 19 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Məktəblərimizin maddi-texniki bazasının yaxşılaşdırılması təhsilin keyfiyyətinə də müsbət təsir göstərmiş, ali məktəblərə qəbul göstəriciləri xeyli yaxşılaşmışdır. Bunun nəticəsidir ki, test imtahanlarında yüksək bal toplayaraq, Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 3-ü məhz bizim məktəblərin məzunlarıdır.

Məktəblərimizin idman salonları həm də rayon gəncləri arasında idmanın inkişafına xidmət göstərən bir vasitəyə çevrilmişdir. Çaytumas kənd orta məktəbinin bazasında fəaliyyət göstərən “Qubadlı” idman klubunun kikboksinqçiləri dəfələrlə beynəlxalq yarışların qalibi olmuş, Dünya kubokunu qazanmış, Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuşlar.

Hazırda 19 min 800 nəfər əmək qabiliyyətli əhalimiz vardır. Onlardan 10 min 337 nəfəri büdcə təşkilatlarında və kommersiya strukturlarında çalışır. Son illərdə 1496 yeni iş yeri açılmışdır.

Hörmətli cənab Prezident, icazənizlə, məcburi köçkünləri narahat edən bəzi problemlərə də toxunmaq istərdim.

Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların çoxunun təmirinə, kommunikasiya xətlərinin dəyişdirilməsinə və həyətlərinin abadlaşdırılmasına ciddi zərurət duyulur.

Bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Bu il, deyərdim ki, Qubadlıda təhsilin anası sayılan Qara İlyasov adına 1 nömrəli Qubadlı şəhər məktəbinin 125 ili tamam olur. Qubadlıda təhsil şəbəkəsi 1882-ci ildə açılmış bu məktəbin bazası əsasında qurulmuşdur. Vaxtilə həmin məktəbi bitirənlər arasından çoxlu yazıçı, şair, elm və incəsənət xadimləri, tanınmış ictimai və dövlət xadimləri, akademiklər, elmlər doktorları çıxmışdır. Həmin məktəbin yubileyinin keçirilməsi üçün Sizin xeyir-duanızı xahiş edirik.

Cənab Prezident, qaçqınların və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyünüz bütün tədbirlər, çadır düşərgələrinin ləğvi, yeni qəsəbələrin salınması bu insanlarda Sizə olan inamı, hörmət və ehtiramı günbəgün artırır. Məhz aparılan uğurlu siyasətin nəticəsidir ki, heç bir sosial dayağı olmayan müxalifət, sadəcə, tarixin arxivində özünə yer tapa bilibdir. Camaatımızda sağlam, işgüzar mühit formalaşıb, Sizin yeritdiyiniz siyasət hamı tərəfindən birmənalı şəkildə dəstəklənir. Ən ağrılı problemimiz olan torpaqlarımızın işğaldan azad olunması yolunda Ali baş komandan kimi atacağınız hər bir addımı da birmənalı şəkildə dəstəkləyəcəyik. Əgər qərar qəbul etsəniz, biz döyüşə də hazırıq.

Qubadlılılar həmişə dövlətə, dövlətçiliyə, ölkə Prezidentinə sadiq olublar və əmin ola bilərsiniz ki, bundan sonra da belə olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub