Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quduzluq xəstəliyi ilə mübarizə necə aparılmalıdır?

Quduzluq xəstəliyi ilə mübarizə necə aparılmalıdır?

Bakı, 10 oktyabr, AZƏRTAC

Quduzluq ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar arasında rast gəlinən və mərkəzi sinir sisteminin iltihabı (ensefalit) ilə səciyyələnən, virus mənşəli, zoonoz infeksion xəstəlikdir. Respublikamızda quduzluq xəstəliyi endemik olmaqla, xüsusi təhlükəli xəstəliklər sırasına daxildir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, quduzluq virusu əsasən Asiya və Afrika ölkələri olmaqla, dünyada hər il 50 mindən çox insanın ölümünə səbəb olur. Son zamanlar isə dünyada baş verən iqlim dəyişiklikləri, biomüxtəliflik və ekoloji balansın pozulması səbəbindən vəhşi heyvanlar arasında miqrasiya genişlənib və yeni xəstəlik ocaqlarının yaranması riski xeyli artıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, quduzluq xəstəliyinin törədicisi olan “Rabies” virusu taksonomik olaraq “Mononegavirales” sırasının “Rhabdoviridae” ailəsinə və “Lyssavirus” cinsinə mənsubdur. Törədici mənşə etibarilə RNT tərkibli olmaqla, neyrotrop (sinir toxumasına sirayət etməyə meyilli) xüsusiyyətlidir. Virus xəstə heyvanların ağız suyu ilə ifraz edildiyindən, xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəlik törədicisinin əsas mənbəyi xəstə ev heyvanları və vəhşi heyvanlar hesab olunur. İnsanlar arasında yoluxma, əsasən, xəstə ev heyvanlarının, xüsusilə itlərin dişləməsi ilə baş versə də, zədələnmiş dəri və selikli qişaların xəstə heyvanların ağız suyu ilə təması da yoluxmaya səbəb olur.

Heyvanlarda xəstəliyin patogenezi şərti olaraq üç fazaya ayrılır. Bunlar ekstranevral (virusun giriş qapısında çoxalması), intranevral (virusun MSS-də (baş, üz, boyun, yuxarı və ya ön ətraflar) yayılması) və disseminasiya (kliniki əlamətlərin təzahürü və heyvan ölümü) fazalarıdır. MSS-də artıb çoxalan virus baş və onurğa beynində yaranan degenerativ dəyişikliklərə səbəb olduğundan xəstəliyə yoluxma adətən heyvanların ölümü ilə nəticələnir.

Quduzluğun inkubasiya dövrü dəyişkən olub, bir neçə gündən bir neçə aya qədər davam edə bilər. Bu virusun virulentliyi dişlənmə yerinin ölçüləri, lokalizasiya nahiyəsi və digər amillərdən asılıdır. Dişlək yarası MSS-yə yaxın olduqda, inkubasiya dövrü qısa olur. Xəstəlik çox vaxt iti formada təzahür edir. Xəstəliyin ilkin əlamətlərinə hərarətin yüksəlməsi, iştahasızlıq, dehidratasiya, qusma, ishal, intensiv ağız suyu ifrazı, hidrofobiya (sudan qorxma), aerofobiya (küləkdən qorxma), akustikofobiya (səsdən qorxma) kimi sinir sistemi pozğunluqlarını şamil etmək olar. Bütün növ heyvanlarda kliniki əlamətlər oxşar olsa da, xəstəliyin tipik simptomları itlərdə müşahidə olunmaqla, adətən coşqun və sakit formalarda təzahür edir. Xəstəliyin coşqun forması, öz növbəsində, prodromal, oyanma və iflic (paralitik) mərhələlərinə bölünür.

Heyvanlarda quduzluq xəstəliyinin spesifik müalicə üsulu yoxdur. Odur ki, xəstəlik aşkar edilmiş heyvanlar evtanaziya edilərək, cəsədləri yandırılmaqla zərərsizləşdirilir. İnsanları dişləmiş heyvanlar (it və ya pişiklər) iki həftəyə qədər izolyasiya edilərək müşahidə altında saxlanılmalı, zərərçəkmiş şəxsə müalicə kursunun təyin olunması üçün dərhal tibb müəssisəsinə müraciət olunmalıdır. İlkin yardım kimi dişlənmə yerinin çoxlu sabunlu su ilə yuyulması tövsiyə olunur.

Qeyd edək ki, beynəlxalq təcrübədə vəhşi heyvanların oral peyvəndlənməsi quduzluqla mübarizədə əsas vasitə kimi tanınır. Məhz bu yolla vəhşi heyvan populyasiyalarında quduzluğun idarə edilməsi, o cümlədən quduzluq virusunun yayılmasının qarşısının alınması və bioloji zəncirin qırılmasına nail olunması mümkündür. Bu məqsədlə ölkəmizdə vəhşi heyvanların quduzluq əleyhinə oral peyvəndləməsi aparılır. Attenuasiya edilmiş (zəiflədilmiş) diri quduzluq virusu ştamlarından (klonlar) hazırlanmış briket formalı “aldadıcı yem”lərdən istifadə olunur. Bu çərçivədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı 2023 və 2024-cü illərdə helikopter vasitəsilə peyvəndləmə aparıb. Peyvəndləmə respublikanın müxtəlif rayonlarının ərazisində dağlıq və meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop oral suspenziyası” səpələnib. Ev heyvanlarının peyvəndlənməsi isə suspenziya halında olan inaktivləşdirilmiş peyvəndlərin parenteral inyeksiyası ilə həyata keçirilir.

Azərbaycan Respublikası ÜST, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Nəzarət Qlobal Alyansının 2030-cu ilə kimi quduzluğun ləğvi və insan ölümünün sıfra endirilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqqında bəyannaməyə qoşulub. ÜHST-nin hesabatına əsasən, 2023-cü ildə respublikamızla sərhəddə yerləşən Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan və İranda quduzluq xəstəliyinə görə epizootik situasiyanın dəyişkən olması və heyvanlar arasında quduzluq xəstəliyinə yoluxma halları qeydə alınıb.

Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti ilə ölkəmizdə vəhşi faunada, eləcə də ev heyvanları arasında quduzluq xəstəliyinin ləğvi istiqamətində zəruri dövri profilaktiki peyvəndləmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu da öz müsbət nəticələrini verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər