CƏMİYYƏT
Qurban bayramı münasibətilə Nizami rayonunda şəhid ailələri və qazilər ziyarət edilib
Bakı, 8 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları Qurban bayramı münasibətilə sosial aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, fəallar şəhidlərin ailələrini, qaziləri və müharibə iştirakçılarını ziyarət ediblər. Ziyarətçilər onları Qurban bayramı münasibətilə təbrik edib və sovqat paylayıblar.
Ziyarət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunub.
Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.