QUŞ QRİPİ VİRUSU İLƏ MÜBARİZƏ APARACAQ ANTİCİSİMLƏR AŞKAR EDİLMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 1918-ci ildə “ispanka” adı ilə tanınan dəhşətli qrip epidemiyasından sağ çıxmış adamların qanında quş qripinə qarşı dözümlü anticisimlər tapılmışdır. ABŞ-ın Vanderbilt Universitetinin alimləri bu nəticəyə gəlmişlər.
“İspanka” epidemiyası zamanı 1918-ci ilin baharından 1920-ci ilin yayınadək dünyada 50 milyon insan həlak olmuşdu. İndi ABŞ mütəxəssisləri müəyyən etmişlər ki, bu epidemiyadan sağ çıxan insanların qanında indiyədək xüsusi, olduqca fəal, son illər yaranmış quş qripi virusunun bir sıra modifikasiyaları ilə mübarizə apara biləcək anticisimlər qalmışdır.
Hazırda yeni dərmanın yaradılmasına dair xüsusi proqramda iştirak etmək üçün 91-101 yaşlarında könüllülərdən ibarət qrup təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]