Qusarda 51 yaşlı şəhər sakini itkin düşüb
Qusar, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusarda 51 yaşlı şəhər sakini on iki gün əvvəl itkin düşüb.
Rayon polis şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan Nurməmmədov Camiddin Nurəddin oğlu yanvarın 19-u evdən çıxdıqdan sonra bir daha geri qayıtmayıb.
Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq C.Nurməmmədovun yerini müəyyənləşdirmək mümkün olmayıb.
Arıq bədən quruluşuna malik C.Nurməmmədov 1 metr 56 santimetrdir. Evdən çıxan zaman onun əynində tünd göy rəngdə şalvar, eyni rəngdə gödəkcə və qara ayaqqabı, başında isə qara rəngli papaq olub.
Camiddin Nurməmmədov barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023)385-28-03; (023) 385-28-35 şəhər nömrələrinə zəng vuraraq Qusar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var
- 10.06.2026 [11:30]
Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
- 10.06.2026 [11:23]