QUSARIN ELEKTRİK ENERJİSİ VƏ TƏBİİ QAZLA TƏMİNATI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, 2008-ci ildə Qusar rayon əhalisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə hava elektrik verilişi xətlərində 241 ədəd dəmir, 122 ədəd dəmir-beton, 6 ədəd ağac dayaq quraşdırılmış, 4.436 metr AS-35 və AS-50 markalı naqil, 246 ədəd izolyator dəyişdirilmişdir. Əhalinin 95,4 faizi elektrik sayğacları ilə təmin olunmuşdur.
Qusarlıların təbii qaza olan tələbatını ödəmək üçün mövcud kəmərlərdə təmir işləri aparılmış, bir neçə kəndə qazın verilişi bərpa olunmuşdur. Abonentlərin əksəriyyətinin evlərində sayğaclar quraşdırıldığı üçün qaz haqlarının ödənişində heç bir problem yaranmamışdır.