Qvatemalanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib
Bakı, 27 yanvar, AZƏRTAC
Qvatemalanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib, lakin heç bir itki və ya böyük dağıntıya səbəb olmayıb. Baş verən zəlzələ qonşu El Salvadorda da hiss olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Taxisko şəhərindən yeddi kilometr cənub-şərqdə, 108 kilometr dərinlikdə baş verib.
Qvatemala Seysmologiya İnstitutu zəlzələnin 6.0 bal gücündə olduğunu və ölkənin cənubunda hiss edildiyini qeyd edib.
Qvatemalanın mülki müdafiə sözçüsü Rodolfo Qarsiya jurnalistlərə açıqlamasında hələki heç bir itki və ya dağıntı barədə məlumat verilmədiyini, səlahiyyətlilərin ölkə daxilində vəziyyəti diqqətlə izlədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]