Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir
Bakı, 20 oktyabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci ilin hazırlıq planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər.