Ramazan bayramında Türkiyədə komendant saatı elan ediləcək
İstanbul, 18 may, AZƏRTAC
Mayın 18-də Türkiyə hökumətinin koronavirus pandemiyası ilə əlaqədar növbəti, səkkizinci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən tədbirdə pandemiya ilə bağlı ölkədə atılacaq növbəti addımlarla əlaqədar yeni qərarlar qəbul edilib. Bu qərarlar barədə Türkiyə Prezidenti mətbuata açıqlama verib.
Bildirilib ki, yoluxanların sayının azalması ilə bağlı gələcək aylarda yumşaltma tədbirlərinin genişləndirilməsi planlaşdırılır. Hazırda Türkiyədə pandemiya ilə mübarizə üzrə yeni fəaliyyət planı hazırlanıb. Bu plana əsasən mayın 23-dən 26-dək bütün Türkiyə ərazisində növbəti dəfə komendant saatı elan ediləcək. Ölkənin 15 şəhərində tətbiq edilən giriş-çıxış qadağası isə 15 gün müddətinə uzadılıb. Mayın 29-dan etibarən məscidlər mərhələli şəkildə ibadətə açılacaq. Tədris-təhsil ili isə bu il tamamilə başa çatır və yeni dərs ilinin başlaması sentyabra nəzərdə tutulur.
Ölkədə istehsal və ixracat sahələrinin fəaliyyətə keçməsi üçün iyundan etibarən hazırlıqlara başlanılacaq.
Türkiyə Prezidenti bildirib ki, İstanbulda inşa edilən “Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası” mayın 21-də Yaponiyanın Baş Naziri Şinzo Abenin iştirakı ilə açılacaq. Qeyd edilib ki, 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Türkiyə saatı ilə 19:19-da ölkənin bütün stadionlarında İstiqlal Marşı səsləndiriləcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]