Ramzan Kadırov: “Mi-8” 150 metr hündürlüyü olan yarğandan uçuruma yuvarlanıb
Bakı, 8 mart, AZƏRTAC
Sərhəd xidmətinin Mi-8 helikopterinin Çeçenistanda qəzaya uğramasına qəfil güclənən külək səbəb olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov Telegram kanalında deyib. Onun sözlərinə görə, sərhədçiləri düşürmək üçün aşağı enən helikopter yerdən iki metr aralıda asılı vəziyyətdə dayandığı vaxt külək qəfildən güclənib. Helikopter bərk yırğalanmağa başlayıb, iki sərhədçi özünü yerə ata bilib. Digər 7 nəfər içəridə qalıb və helikopter 150 metr hündürlüyü olan yarğandan uçuruma yuvarlanıb.
Kadırov bildirib ki, 5 cəsəd, həmçinin ağır yaralanmış 2 döyüşçü uçurumdan çıxarılıb. Onlardan biri hospitalda ölüb, digəri isə stabil ağır vəziyyətdədir.
Xatırladaq ki, sərhəd xidmətinə məxsus helikopter bu gün səhər saatlarında Çeçenistanda dağlıq ərazidə qəzaya uğrayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [18:00]
Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var
- 15.09.2026 [17:33]
ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib
- 15.09.2026 [16:16]
Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]