Azərbaycan Dövlət İnformasiya Agentliyi

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Elm Mərkəzinin qarşısındakı parkda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin rəhbəri şair BARAT VÜSAL dövlətimizin başçısını salamlayaraq dedi:

- Cənab Prezident, bu gün Qazaxda geniş quruculuq işləri, sürətli inkişaf, yeniləşmə gedir. Bu, bizi çox sevindirir və qarşısında dayandığımız, açılışında iştirak etdiyiniz Heydər Əliyev Elm Mərkəzi, eləcə də bu gün açılışı olacaq Müalicə-Diaqnostika Mərkəzi buna sübutdur. Bundan əvvəl Qazaxda Olimpiya İdman Kompleksi istifadəyə verilmiş, çoxlu işçi qüvvəsi tələb olunan sement zavodu tikilmiş, xalqın istirahət yerinə çevrilmiş Heydər Əliyev parkı, Mütəfəkkirlər parkı salınmış, tariximizə məhəbbətin nişanəsi olan Dədə Qorqud abidə kompleksi yaradılmışdır. Bu, nəyi göstərir?! Onu göstərir ki, ulu öndərimiz Heydər Əliyevin xətti uğurla davam etdirilir. Bu, bizi çox sevindirir.

Hörmətli Prezident, Sizin belə bir sözünüz var: “Biz gərək bütün şəhərlərimizi yeniləşdirək”. Siz yeniləşməni sevirsiniz, yeniləşmə, yeniləşmə, daim yeniləşmə Sizin amalınızdır. Bu gün Qazaxda gedən yeniləşmə də bunu sübut edir. Sizin Qazax haqqında çox maraqlı fikirləriniz var. Onlardan birini xatırlatmaq istəyirəm: “Qazax Azərbaycanın paytaxtdan uzaq ən ucqar rayonlarından biridir. Ona görə də oraya xüsusi diqqət və qayğı göstərilməlidir”. Biz qazaxlılar bunu hər dəqiqə, hər an hiss edirik. Qazaxda böyük yeniləşmə, inkişaf gedir. Ölkədə maliyyə kapitalı insan kapitalına çevrilir. Həqiqətən də, inkişafın yolu budur. Dünya praktikası da bunu göstərir.

Onu da deyim ki, Sizin silahdaşınız, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, xalqımızın sevimlisi Mehriban xanım Əliyeva da çox böyük işlər görür. Biz minnətdarlığımızı buradan ona çatdırırıq. Yeni məktəblərin açılmasında, səhiyyə ocaqlarının tikilməsində, ümumiyyətlə, Azərbaycanda gedən abadlıq və quruculuq işlərində bir silahdaş, məsləkdaş kimi onun Sizin yanınızda olmasını çox bəyənirik.

Ulu öndər rayonumuza çox böyük diqqət və qayğı ilə yanaşırdı, insanlara yüksək qiymət verirdi. Ulu öndər Qazaxı necə sevirdisə, Siz də elə sevirsiniz.

Bu gün dünyanın hər yerində Azərbaycan bayrağı dalğalanır, ölkədə sabitlik hökm sürür, dinamik inkişaf var, iqtisadiyyatımız sürətlə inkişaf edir, ölkənin müdafiə qabiliyyəti artır. Buna hər birimiz sevinirik. Sağ olun.

İLHAM ƏLİYEV: Mən sizi ürəkdən salamlayıram. Yenidən Qazaxda olmağımdan da çox şadam. Hər dəfə buraya gələndə, yenilikləri görəndə mən çox sevinirəm. Siz düz söyləyirsiniz, mənim istəyim odur ki, bütün ölkəmiz yeniləşsin, müasirləşsin, ancaq öz tarixi simasını saxlamaq şərti ilə. Biz Qazaxın timsalında bunları görürük. Mən son beş il ərzində beşinci dəfədir Qazaxdayam. Hər dəfə gələndə yeniliklər görürəm. Bax, indi açılışında iştirak edəcəyimiz yeni müasir Müalicə-Diaqnostika Mərkəzi ən yüksək dünya standartlarına cavab verir. Yəni dünyada, ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə hansı avadanlıq varsa, burada da var. Rayonun parkları, binaları, körpüləri, Olimpiya İdman Kompleksi, yəni bütün bunlar rayonun inkişafına, insanların daha da yaxşı yaşamasına xidmət göstərir. Həm iqtisadi məsələlər həll olunur, iş yerləri açılır, həm sosial məsələlər həllini tapır - məktəb, xəstəxanalar tikilir və sair, həm də gözəllik, abadlıq yaradılır. Siz də bu yeri yaxşı xatırlayırsınız, mən də yaxşı xatırlayıram. İlk dəfə on il bundan əvvəl burada olmuşam. Görürsünüz, necə gözəl park yaradılıbdır. Əvvəl park yaradıldı, ondan sonra ulu öndərin abidəsi qoyuldu, bu dəfə də Elm Mərkəzinin açılışında iştirak edirik. Burada quraşdırılan texnika Azərbaycanın başqa heç bir yerində yoxdur. Siz onu bilirsiniz.

Azərbaycanın uğurlu inkişafı bax, bu yolla getməlidir və bu yolla gedir: hər bir rayonun inkişafı, hər bir kəndin abadlaşması. Əlbəttə, mən o sözləri yaxşı xatırlayıram, paytaxtdan uzaqda yerləşən rayonlara ən böyük diqqət göstərilməlidir, xüsusilə sərhəd rayonlarına. Qazax həm sərhəd rayonudur, həm də Bakıdan ən uzaqda yerləşən rayondur. Burada abadlıq, quruculuq, inkişaf sürətlə gedəndə, o deməkdir ki, bu, bütün Azərbaycanı əhatə edir. Hər bir rayonda özünə məxsus olan inkişaf var. Hər bir rayonda xüsusi proqramlar var və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası, demək olar ki, başa çatıbdır. Beşillik proqram başa çatıbdır. Orada nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Növbəti beş il üçün yeni proqram hazırlanacaq və orada daha geniş işlər nəzərdə tutulur.

İndi Qazaxı Bakı ilə birləşdirən avtomobil yolunun, demək olar ki, böyük hissəsi tikilib, az hissə qalıbdır. Yəni bütün bunlar rayonun inkişafına, hər bir vətəndaşın yaxşı yaşamasına xidmət göstərir. Bizim vətəndaşlar bu gün yaxşı yaşamalıdır. Bilirsiniz ki, keçmişdə, Sovet İttifaqı zamanında deyirdilər ki, gəlin əziyyət çəkək, nə vaxtsa parlaq gələcək olacaqdır. Əlbəttə, biz öz strategiyamızı uzunmüddətli əsaslarla qurmuşuq və növbəti illərdə, 5-10 ildən sonra nə baş verəcək, onu bilirik. Ancaq mən istəyirəm ki, Azərbaycan vətəndaşları bu gün yaxşı yaşasınlar. Bax, bu gün gözəl tibbi xidmətdən istifadə etsinlər, uşaqlar yaxşı məktəblərdə oxusunlar, insanlar yaxşı işlə təmin olunsunlar, yaxşı maaş alsınlar. Bütün bu istiqamətlərdə bizim proqramlarımız var və onların təməlində iqtisadi islahatlar durur. Çünki bu olmasa, bunların heç birini etmək mümkün olmayacaqdı.

Əgər vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən neft strategiyası həyata keçirilməyə başlamasaydı, indi Neft Şirkətinin imkanı olmayacaqdı ki, belə gözəl bina tiksin, avadanlıqla təchiz etsin. Yəni bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Bizim bugünkü uğurlarımızın təməli 10-15 il bundan əvvəl qoyulmuşdur. Biz, sadəcə olaraq, yeni çağırışlara hazır olmaqla bu siyasəti davam etdiririk və Azərbaycanın hər bir bölgəsini müasirləşdiririk. İnfrastruktur, sosial, iqtisadi, sənaye və humanitar məsələlərin həlli - bütün bunlar kompleks şəkildə, əlbəttə, ölkənin uğurlu inkişafını təmin edəcəkdir. Bütün bunlara nail olmaq üçün ölkədə sabitlik, əmin-amanlıq necə varsa, elə də davam edəcəkdir. Xüsusilə indiki zəmanədə dünyada gedən proseslər artıq əvvəlki illərdən daha fərqlidir. Dünyada beynəlxalq davranış qaydaları bəzi hallarda pozulur. Beynəlxalq hüquq normalarına əməl edilmir. Yəni biz növbəti bir tarixi mərhələyə qədəm qoyuruq. Biz möhkəm olmalıyıq - həm müdafiə gücümüz, həm sabitlik, həm də inkişaf.

Azərbaycan özünü təmin edən ölkədir, başqa ölkələrin yardımından asılı deyildir. İstər iqtisadi baxımdan, istərsə də siyasi baxımdan biz müstəqil siyasət aparırıq, Azərbaycan xalqının iradəsinə əsaslanaraq müstəqil siyasət aparırıq. Müstəqil siyasət ən düzgün siyasətdir. Çünki bu siyasət öz xalqının maraqlarına xidmət göstərir. Belə olan halda, ölkə daha da güclənir. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bunu həm biz deyirik, həm də bütün beynəlxalq maliyyə qurumları və sair deyir. Dörd il ərzində biz iqtisadi inkişaf baxımından birinci yerdəyik. Bu, böyük məsələdir. Biz, sadəcə, artıq buna bir növ öyrəşmişik. Hamıya da elə gəlir ki, belə də olmalıdır. Amma belə olmaya da bilərdi. Bugünkü reallıqların təməlində, bir daha deyirəm ki, 10-15 il bundan əvvəl başlanmış islahatlar və indiki uğurlu inkişafımız, konkret proqramlar və xalqla iqtidar arasında birliyin olması dayanır. Bütün bu amillər birlikdə bugünkü inkişafı təmin edir. Biz Qazax rayonunun timsalında bunu görürük. Rayon necə gözəlləşir, abadlaşır, burada necə gözəl binalar tikilir. Mən şübhə etmirəm ki, növbəti illərdə biz bu siyasətlə ölkəmizi daha da hərtərəfli inkişaf etdirəcəyik.

Mən bu işlərdə sizə və bütün qazaxlılara uğurlar arzulayıram və biz görüşəcəyik.

X X X

Azərbaycanın güləş üzrə yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Firdovsi Umudov idmançılara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi və bildirdi ki, rəhbərlik etdiyi komanda Avropa çempionatına hazırlıq prosesini Qazax Olimpiya İdman Kompleksində keçmişdir. Bu da bölgələrdə idmanın inkişaf səviyyəsindən xəbər verir.

Sonra Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından xatirə hədiyyəsi, Qazaxda görülən abadlıq-quruculuq işlərini əks etdirən fotoalbom hədiyyə olundu.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir