REGİONLARDA YENİ İŞ YERLƏRİ AÇILACAQDIR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran şəhərində, Astara, Masallı və Yardımlı rayonlarında rabitə və informasiya texnologiyalarına aid xüsusi tədbirlər planı həyata keçiriləcəkdir. AzTV proqramının yayımının keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə regionlarda 10 ötürücü qurğu quraşdırılacaq, 210 kənd, 20 qəsəbə, 10 şəhər poçt şöbəsi tikiləcək, elektron imza, elektron sənəd sertifikat mərkəzi yaradılacaqdır.