Rəna Cəfərova: Azərbaycana 20-dən çox astronavt gələcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Astronavtlar proqramı çərçivəsində Azərbaycana 20-dən çox astronavt gələcək. İlk dəfə Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlar üçün xüsusi tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC2023) hazırlıq prosesinə həsr olunmuş brifinqdə Konqresin layihə rəhbəri Rəna Cəfərova deyib.
"İAC2023" layihə rəhbəri bildirib ki, ABŞ, Almaniya, Rusiya, Kanada, İtaliya, Yaponiya və digər ölkələrdən gələcək astronavtlar üçün xüsusi proqram hazırlanıb. Proqram Konqresin tədbirləri, tələbələr ilə görüşlər, televiziya verilişlərində çıxışlar, həmçinin ictimaiyyətə açıq gün çərçivəsində avtoqraf sessiyası və digər tədbirləri özündə ehtiva edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]