Reqbi üzrə Bakı şəhər açıq kubokunun qalibləri müəyyənləşmişdir
Bakı, 10 may (AZƏRTAC). Neftçi İdman Sağlamlıq Mərkəzinin Qaradağ təlim idman bazasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş reqbi üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında keçən yarışlarda Moskva, Tbilisi şəhərlərinin komandaları, Bakıda fəaliyyət göstərən xarici şirkətlərin əməkdaşları və Bakı şəhər yığma komandası iştirak etmişlər.
Açılış mərasimindən sonra iştirakçılar Qaradağ rayonunda Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Qızıl medalı “Sokol” (Moskva) qazanmışdır. Xarici vətəndaşlardan ibarət “Tissa-Titans” komandası ikinci, Bakı yığma komandası isə üçüncü yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]