Rəqəmsal inkişaf və Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qərarlar qəbul olunub
Bakı, 13 mart, AZƏRTAC
AMEA Rəyasət Heyətinin növbəti iclasında dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində rəqəmsal inkişaf və ana dilimizin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu vəzifələrdən irəli gələrək bir sıra qərarlar qəbul olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Terminologiya Komissiyasının nəzdində Şəxs Adları Komissiyasının yeni tərkibi təsdiq edilib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin sədrliyi ilə Şəxs Adları Komissiyasının yeni üzvləri təsdiq olunub.
Bundan əlavə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsi yaradılıb.
Həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elm irs şöbəsinin tərkibində Rəqəmsal arxiv sektorunun yaradılması barədə qərar qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]