Rəsmi Ankara: Yunanıstanın hərbi təyyarəsinin qəzaya uğramasının Türkiyə ilə əlaqəsi yoxdur
İstanbul, 13 aprel, AZƏRTAC
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” tipli bir pilotlu döyüş təyyarəsinin Eğriboz (Eyvia) yarımadasının şərqindəki İskiri (Skyros) adası yaxınlığında qəzaya uğramasının Türkiyə ilə heç bir bağlılığı yoxdur.
AZƏRTAC xəbər verir ki, Türkiyə rəsmi mənbələrinin məlumatlarına görə, hadisə baş verən ərazidə Türkiyəyə məxsus hərbi təyyarə olmayıb.
Qəzadan sonra Türkiyənin Baş naziri Binəli Yıldırım ilə Yunanıstanın Baş naziri Aleksis Çipras arasında telefon danışığı olub. Türkiyə hökumətinin başçısı qəzada həlak olan pilota görə yunanıstanlı həmkarına başsağlığı verib.
Qeyd edək ki, son vaxtlar Yunanıstanın müəyyən rəsmi dairələrindən Türkiyə əleyhinə sərt bəyanatlar səslənməkdədir. Rəsmi Ankara isə hesab edir ki, müəyyən dairələr məqsədli şəkildə iki ölkə arasında gərginik yaratmağa çalışır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]