Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKA ALİ SOVETİNİN SƏDRİ RƏSUL QULİYEVİN ÇIXIŞI

-Cənab Prezident! 

Hörmətli müşavirə iştirakçıları!

Dünən, yaxud son 2-3 gündə Azərbaycan xalqının həyatında baş verən hadisələr haqqında həm respublikanın Prezidenti, həm də çıxış edən yoldaşlar danışdılar. Mən bu barədə geniş danışmaq niyyətində deyiləm, yalnız bəzi fikirlərimi söyləmək istəyirəm.

Ümumiyyətlə, belə hesab edirəm ki, millətçilik zəminində hakimiyyətə gələnlər ən təhlükəli şəxslərdir. Tarixdən bilirik ki, bir neçə şəxs bu zəmində hakimiyyətə gəlmişdir və onların xalqın başına gətirdiyi fəlakətlər məlumdur. Belə şəxslərdən biri Hitlerdir. Millətçilik zəminində hakimiyyətə gələn savadsız, mədəniyyətsiz Hitler 5 il ərzində alman xalqından 12 milyon adamı, daha doğrusu, xalqın 35 faizini qurban verdi.

1988-ci ildən 1993-cü ilin iyununadək Azərbaycan Respublikasında millətçilik zəminində bir sıra liderlər meydana gəlmişdir. Əlbəttə, Azərbaycan dilini yaxşı bilmək, Azərbaycan xalqına gözəl vədlər vermək, millətçiliyi təbliğ etmək hələ o demək deyildir ki, bununla xalqı səadətə gətirib çıxarmaq olar. Sözsüz ki, millətçilik ruhu ilə, Azərbaycan dilini gözəl bilməklə, aysberqin zirvəsini xalqa göstərməklə liderlik həvəsinə düşən şəxslər heç nə qanmadan, heç nə bilmədən hakimiyyətə can atıb kiçik bir vəzifəyə çatandan sonra qabiliyyətsizliklərini dərk edərək, xalqa fəlakətdən başqa heç bir şey gətirə bilməzlər. Azərbaycan xalqı bunun şahididir. Yəni, Azərbaycan Xalq Cəbhəsi bu ideyalarla hakimiyyətə gəldi, lakin hakimiyyətdə olarkən nəzəri və praktiki cəhətdən heç bir iş görməyə səriştəsi olmadığını xalqa göstərdi və xalqı az qala fəlakətə, Azərbaycan Respublikasını parçalanmaq və vətəndaş müharibəsi həddinə gətirib çıxardı.

Bu liderlərin fəaliyyətində paradoks var. Ola bilər ki, bunların hər biri yüz fikir söyləsin və doxsan doqquzu həyata keçirilməsi mümkün olmayan, yanlış, yaramaz fikir olsun. Yalnız bir fikir, bəlkə də, düz çıxa bilər və onu əsas götürərək özlərini dahi sayır, hesab edirlər ki, Azərbaycanda hakimiyyətə gələ, Prezident ola bilərlər. Bu, çox fəlakətli və bədnam siyasətdir, ümumiyyətlə, qanmazlıqdır. Çox təəssüf. Mən bu adamların hamısının adlarını da çəkə bilərəm. Özləri də bilirlər ki, kimdən söhbət gedir.

Mən bir neçə dəfə demişəm, bu gün də təkrar edirəm: 1991-ci ilin sentyabrında Azərbaycanda heç bir prezident seçkisi keçirilmədən hakimiyyətə gəlmiş, daha doğrusu, özünü prezident elan etmiş Ayaz Mütəllibov indiyədək həyasızcasına iddia edir ki, o, prezidentdir və hakimiyyət müddətinin qurtarmasına hələ bir ildən çox qalır. Burada əyləşənlərin hamısı bilir ki, o vaxt prezident seçkiləri keçirilməmişdir. Həmin bu Ayaz Mütəllibov son vaxtlar bir neçə qəzetə müsahibələr verərək, Azərbaycan Respublikasını istənilən ölkəyə satmağa hazır olduğunu, daha doğrusu, Azərbaycanı quberniyalara parçalayaraq satmağa hazır olduğunu açıq şəkildə elan edir ki, təki onu bu quberniyalardan birinə başçı qoysunlar. Alçaqlığın və əcilaflığın da yəqin ki, bir həddi olmalıdır. Lakin çox təəssüf ki, bu da yoxdur.

Heç də təsadüfi deyil ki, Bakıda bu hadisələr baş verəndə Surət Hüseynov Moskvadan bütün dünyaya elan edirdi ki, Mütəllibovla biz Azərbaycana gedib sabitliyi təmin edəcək və dövlətə rəhbərliyi öz üzərimizə götürəcəyik. Bilirsiniz, ola bilər ki, pul basaraq hansısa televiziyaya belə bir müsahibə verəsən. Amma əgər sənin verdiyin həmin pul Azərbaycan xalqı dediyin millətin əlli-altmış-yetmiş nəfərinin qanı bahasına başa gəlirsə, sən hansı millətin nümayəndəsisən?! İndi haradasınız, niyə gəlib oturmadınız?

Xalqın övladları nahaq yerə həlak oldu. Nə üçün? Rövşən və Mahir Cavadov qardaşları nə vaxtdan hökmranlıq fikrinə düşmüşlər? O vaxtdan ki, gördülər bir qədər pul qazananda bir neçə nəfəri də yanlarına götürmək olar ki, onlara qulluq etsinlər, sonra fikirləşiblər ki, siyasi yol, başqa yol da gərək deyil, əsasən, pul qazanmaq lazımdır- pulla adamları ələ almaq olar. Ola bilər, pulla əlli-yüz adamı ələ alarsan. Lakin bütün Azərbaycan xalqını pulla ələ almaq mümkün deyil. Təəssüf ki, bunlar bütün Azərbaycan xalqını pulla ələ almaq fikrinə düşmüşlər. Əgər Azərbaycan xalqının işləyən hissəsi - bir milyon nəfəri bir ayda 27 milyard manat maaş alırsa, bu qardaşlar zavodlardan, fabriklərdən, şəxsi adamlardan, kommersantlardan, firmalardan 15 milyard manat pul götürmüşlər, bac-xərrac almışlar. Yəni dörd-beş nəfər bir milyon adamın aldığı maaşın yarısından çox pul əldə etmişdir. Belə şey olarmı?

Lakin bununla Azərbaycan xalqını ələ almaq olmaz, bu, baş tutan şey deyildir. Bu, xülyadır. Ölkədə ancaq və ancaq seçki yolu ilə hakimiyyətə gəlmək mümkündür. Seçkilər isə beş ildə bir dəfə olur. 1993-cü ilin oktyabrında Azərbaycanda seçkilər keçirilmişdir. Hakimiyyətə gəlmək istəyirsənsə, beş ilin başa çatmasını gözlə, 1998-ci ilin avqustunda namizədliyini irəli sür, seçkilər yolu ilə prezident ol. Quldurluq yolu ilə hakimiyyətə gəlmək olmaz. Yalnız savadsız, ağılsız və mübarizədə qalib gəlməyi bacarmayan şəxslər bu yola əl ata bilər, yəni müəyyən bir hərbi yolla hakimiyyətə gəlmək istəyərlər.

Bu qardaşlar həmin pulları qazanmaq üçün nədən istifadə etmişdir? Reket qüvvələrindən, Xüsusi Təyinatlı Polis Dəstəsindən. Təkcə bu gün bu işə cəlb olunmuş Xüsusi Təyinatlı Polis Dəstəsi yox, bir çox böyük cinayətkar dəstələr də bu qardaşların ətrafında olmuşlar. Bu qardaşların törətdiyi əməllər sayəsində, son beş gün ərzində Azərbaycanda onlarca adam həlak olmuşdur, hamısı da cavanlardır.

Bu gün ölkəmizin, dövlətçiliyimizin keşiyində, əsasən, Müdafiə Nazirliyi dayanmışdır. Heydər Əliyevin vaxtında yaradılmış Müdafiə Nazirliyi, ordu dayanmışdır. İlk vaxtlar Qorbaçovun və onun ətrafındakıların, sonra Qorbaçova qoşulan erməni lobbisinin, çox təəssüf ki, daha sonra Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Xalq Cəbhəsinin, Boz Qurdların və sairənin 1986-cı ildən 1993-cü ilədək yeganə arzusu Heydər Əliyevi fiziki cəhətdən məhv etmək idi. Niyə? Şübhəsiz ki, 1986-cı ildə - Qorbaçov artıq baş katib olarkən Heydər Əliyevin Siyasi Bürodakı çıxışları onun əsla xoşuna gəlmirdi, çünki ona cavab vermək üçün gərək ağlı olaydı. Daha doğrusu, gərək Heydər Əliyev səviyyəsində ağlı olardı. Qorbaçov erməni amilindən çox ustalıqla istifadə edərək, 1987-ci ilin axırında Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Nə məqsədlə? Dağlıq Qarabağ məsələsini qaldırmaq istəyirdilər və üstündən heç ay yarım keçməmiş qaldırdılar. Bunları, yəqin bilirsiniz. Lakin mən bir də təkrar etməliyəm ki, hamı bilsin, yadından çıxarmasın. Nəticəsi nə oldu? Azərbaycan xalqını böyük bir təhlükəyə, fəlakətə atdılar və xalqımız bu günədək həmin fəlakətin içindədir.

1988-ci ildə hakimiyyətə gələn bədbəxt Vəzirov,- onun hansı millətdən olduğu bilinmir, tutaq ki, familiyasına və ya atasının adına görə azərbaycanlıdır,- Dağlıq Qarabağ barədə fikirləşmək əvəzinə bütün həyatını Heydər Əliyevə qarşı böhtanlar yaymağa həsr etdi. Dağlıq Qarabağ əldən gedirdi, lakin bütün bunlar onun yadından çıxmışdı. O, özünün şəxsi hikkələrini və yuxarıdan olan göstərişləri əsas tutaraq, bütün fəaliyyətini Heydər Əliyevi Azərbaycan xalqının gözündən salmağa yönəltdi.

Ayaz Mütəllibov da bu işlərlə məşğul oldu, özü də daha çirkin, daha məkrli şəkildə. Nə üçün? Məgər məşğul olmalı problemlər yox idi?

Xalq Cəbhəsinin bütün fikri-zikri bu idi ki, Heydər Əliyev Azərbaycanda olmasa, onların işləri düzələcək. O zaman Heydər Əliyev Naxçıvanda idi və oranın Azərbaycanın qalan ərazisi ilə, demək olar, əlaqəsi yox idi.

Lakin xalqın ən böyük xoşbəxtliyi ondadır ki, Heydər Əliyev sağ qaldı. İstəyirəm ki, xalqımız bunu bir daha başa düşsün. Yəni əgər XX əsrin axırında Azərbaycan xalqının qazandığı iki şey varsa, biri onun müstəqilliyi, ikincisi də Heydər Əliyevin sağ qalaraq, Azərbaycan Respublikasının Prezidenti olmasıdır. Bunu başa düşmək çətin deyildir. Lakin mən yenə çox sadə dildə başa salmaq istərdim. Başa düşmək istəməyən qoy başa düşməsin. Lakin biz bunu başa düşməyincə Azərbaycanda müəyyən müvəffəqiyyətə, irəliləyişə nail ola bilməyəcəyik.

Kimdir Heydər Əliyev? Heydər Əliyev 1969-cu ildən, kommunist rejimi dövründə Azərbaycan Kommunist Partiyasına rəhbərlik edən şəxsdir. 1969-cu ildən 1982-ci ilədək Azərbaycana qoyulan vəsaitin o biri respublikalara nisbətən 3-4 dəfə artırılmasına nail olan şəxsdir. 1992-ci ildə hesablayanda ki, kimin nə qədər borcu var, idxal - ixracı nə qədər olmuşdur, Azərbaycanın 1,5 milyard dollar müsbət balansı oldu. Əgər Heydər Əliyev olmasaydı, bu balans mənfi 1,5 milyard dollar olacaqdı. Kim buna inanmırsa, mən beş dəqiqəyə sübut edə bilərəm. Heydər Əliyev olmasaydı, 1993-cü il iyunun 4-də vətəndaş müharibəsinin qarşısını kim alacaqdı? Kimdir o qüvvə, kimdir o lider! - Dursun, desin! Belə şəxs yoxdur. Heydər Əliyev olmasaydı, 1994-cü ilin oktyabrında dövlət çevrilişi cəhdinin qarşısında kim duracaqdı? Heydər Əliyev olmasaydı, bu gün dövlətçiliyimizin, müstəqilliyimizin əleyhinə yönəldilən bu hərəkətin qarşısında kim dayanacaqdı? Heç kim!

Azərbaycanda bütün siyasi partiyalar, cəmiyyətlər, - sözsüz ki, öz fikri olmaq şərti ilə, əlbəttə, kimsə rəngləri müəyyən dərəcədə başqa cür görə bilər, - bilməlidirlər ki, Heydər Əliyevə baxanda daltonik olmaq olmaz. O, Azərbaycan xalqının yeganə şəxsiyyətidir ki, onun ətrafında birləşmək lazımdır.

Cənab Prezident, istəyirəm qeyd edəm ki, Azərbaycan Müdafiə Nazirliyi bu çətin günlərdə yüksək mütəşəkkillik göstərdi. Sizin həmin yetirmələriniz, yəni bu gün bizim dövlətimizi, xalqımızı, dövlətçiliyimizi qoruyanların hamısı 1993-cü ilin dekabrından sonra orduya gəlmiş, müharibədə iştirak etmiş cavanlardır. Onlar bu əməliyyatları çox mərdliklə, kişiliklə apardılar. Hamımız onlara minnətdar olmalıyıq ki, qəfildən hücum edilməsinə baxmayaraq, dörd nəfərin alçaqlıqla bir dəqiqə ərzində öldürülməsinə baxmayaraq, bir addım da olsun geri çəkilmədilər. Eyni zamanda, onu da qeyd etməliyəm ki, polis qüvvələri həddən artıq zəifdir, dövlətçilikdən başı çıxmır, öz prezidentlərinə, dövlətçiliyinə layiq deyildirlər. Əlbəttə, hamısı yox, bir hissəsi. Görünür, həddən artıq rüşvət almaqdan əlavə, gərək xalqı, dövlətçiliyi də müdafiə edə biləsən. Ona görə də polis sistemində olan şəxslər gərək bundan nəticə çıxaralar.

Dövlət təşkilatlarımızın bir çoxu dövlətçiliyimiz naminə çox fəal, yüksək səviyyədə işlədilər. Əgər Azərbaycan xalqının dahi, yeganə görkəmli oğlu Heydər Əliyev olmasaydı, bu işlər heç vaxt həyata keçə bilməzdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb