SİYASƏT
RESPUBLİKA BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti bildirir ki, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak edəcək namizədlərlə test imtahanı 10 sentyabr 2002-ci il tarixdə saat 9.00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi inzibati binada (Bakı şəhəri, akademik Həsən Əliyev (keçmiş İnqilab) küçəsi, 17) keçiriləcəkdir.
Test imtahanlarında iştirak etmək üçün ölkənin ali icraedici və qanunverici orqanlarının, dövlət qulluğunu idarəetmə və məhkəmə-hüquq şuralarının, beynəlxalq təşkilatların, qeyri-hökumət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.
Müsabiqədə iştirak etmək üçün sənəd təqdim etmiş şəxslər “Yaddaş kitabçası”nı və “Buraxılış vərəqəsi”ni 2002-ci ilin sentyabr ayının 6-dan 9-dək Baş Prokurorluğun inzibati binasında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) saat 9.00-dan 18.00-dək ala bilərlər.
Əlavə məlumatı 92-74-32 və 92-54-10 nömrəli telefonlarla almaq olar.