Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

28 May Azərbaycanın istiqlaliyyət uğrunda mübarizə tarixində və xalqımızın yaddaşında ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Hər il ənənəvi şəkildə böyük təntənə ilə bayram edilən 28 May günü xalqımızın bugünkü azadlığı, müstəqilliyi üçün zəmin yaratmışdır. 

Mayın 27-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Azərbaycan Respublikasının dövlət himni əzəmətlə səsləndi.

Respublikamızın rəhbəri Heydər Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycanın istiqlaliyyət günü - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına sülh, rifah, əmin-amanlıq arzulayıram.

1918-ci ilin mayında Azərbaycanda, müsəlman aləmində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının həyatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqil, sərbəst yaşamaq iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömrü dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmişdir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik.

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Azərbaycanda müstəqil dövlət yarandı. Ötən illərdə xalqımız böyük işlər görübdür və böyük nailiyyətlər əldə edibdir. Biz bu yaxın vaxtlarda Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd etdik. Azərbaycanın müstəqil dövlət kimi keçdiyi on illik yolu təhlil etdik, nailiyyətlərimizi göstərdik və qarşıda duran vəzifələrimiz haqqında danışdıq. Bu illər Azərbaycanın yeni gələcək tarixinin parlaq səhifələridir. Çünki bu illərdə Azərbaycanın müstəqil dövləti qurulub, yaranıb, sınaqlardan keçibdir və indi Azərbaycan bir müstəqil dövlət kimi dünyada özünə layiq yerini tutubdur.

Biz bu illərdə Azərbaycanı siyasi, iqtisadi böhrandan çıxardıq, Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdik, buna mane olan qüvvələri zərərsizləşdirdik, dövlətimizə qarşı silahlı çevriliş cəhdlərinin, terror aktlarının qarşısını aldıq. Bunların nəticəsində Azərbaycanda ictimai-siyasi, daxili vəziyyət sabitləşib, xalqımız rahat yaşamaq imkanı əldə edibdir.

Biz ötən illərdə demokratik, hüquqi, dünyəvi dövlətimizi qurmuşuq, onun təsisatlarını yaratmışıq, Azərbaycanın həyatında böyük dəyişikliklərə nail olmuşuq. Azərbaycanın demokratiya yolu ilə getməsi üçün lazımi qanunlar, fərmanlar qəbul etmişik. Bazar iqtisadiyyatının yaranması və inkişafı üçün lazımi işlər görülüb, iqtisadi, sosial, siyasi islahatlar aparılıb və ölkəmiz ardıcıl surətdə inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənibdir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik dönməz olubdur və ölkəmizdə quruculuq işləri gedir, biz demokratik dəyişikliklərə nail oluruq.

Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmaq və onu inkişaf etdirməkdən ibarətdir. Biz bu sahədə çox iş görmüşük və böyük nailiyyətlər əldə etmişik. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir. Bizim xarici siyasətimizdə əsas yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması tutur. Bu, Azərbaycanın həyatında ən böyük problem, ən böyük məsələdir. Bu sahədə görülən işlər cəmiyyətə məlumdur. ATƏT-in Minsk qrupu ardıcıl fəaliyyət göstərir. Onun həmsədrlərinin nümayəndələri mütəmadi olaraq bölgədə olurlar, lazımi işlər görürlər və görüşlər keçirirlər.

Son vaxtlar Minsk qrupunun həmsədrləri fəallaşıblar. İndi Ermənistan və Azərbaycan prezidentlərinin nümayəndələri görüşlər aparıblar və Ermənistan-Azərbaycan Prezidentlərinin də görüşləri nəzərdə tutulur. Bütün bu görüşlər, danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına həsr edilir. Doğrudur, hələ istənilən nailiyyət əldə olunmayıbdır. Ancaq eyni zamanda, problem çox çətindir və çox mürəkkəbdir. Ümidvaram ki, biz bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

İnanıram ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır. Bu məsələ indi dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu məsələnin həll olunması üçün səylər göstərirlər.

Bu günlərdə Moskvada Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşündə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması problemi öz yerini tapmışdır.

Bizim xarici siyasətimizdə qonşu ölkələrlə əlaqələrimizin möhkəmləndirilməsi, inkişaf etməsi, xüsusən iqtisadi əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu sahədə də nailiyyətlərimiz göz qabağındadır. Son günlərin hadisələrindən yüksək səviyyəli İran-Azərbaycan görüşlərini və Roma papasının Azərbaycana ziyarətini qeyd etmək olar.

Roma papasının Azərbaycana ziyarəti tarixi hadisədir. Onun Azərbaycanda olması, bizimlə aparılan danışıqlar və ictimaiyyətin nümayəndələri ilə, xalq kütlələri ilə görüşü bizim xalqımızın Roma papasına, ümumiyyətlə, sülhə, dostluğa münasibətini nümayiş etdirmişdir.

Azərbaycanın iqtisadiyyatında xarici investisiyanın cəlb olunması xüsusi yer tutur. Bu istiqamətdə biz xeyli işlər görmüşük və nailiyyətlərimiz də vardır. Böyük layihələr həyata keçiririk. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycana xarici investisiyanın cəlb olunması inkişaf edibdir və biz dünyanın böyük şirkətləri ilə müştərək layihələr həyata keçiririk. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından neftin hasil olunması ilə əlaqədar görülən işlər öz müsbət nəticəsini verir və bizim müştərək planlarımız da çox böyük ümidlər yaradır. Xəzər dənizində zəngin qaz yatağının - “Şahdəniz” qaz yatağının kəşf olunması, açılması da böyük hadisə olmuşdur.

Biz son dövrdə Xəzərin mineral ehtiyyatlarının hasil olunması və onların dünya bazarlarına çıxarılması ilə əlaqədar böyük layihələr həyata keçiririk. O cümlədən, Bakı-Tbilisi-Ceyhan böyük ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri. Bu layihələr gələcəkdə Azərbaycan xalqına böyük faydalar gətirəcəkdir. Bu layihələr, xüsusən, Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunması, eyni zamanda, dünyanın böyük dövlətlərinin nəzər-diqqətini cəlb etmişdir. Bu günlərdə Prezident Putinin Prezident Buşla Moskvadakı görüşündə bu məsələ xüsusi yer almışdır və Bakı-Tbilisi-Ceyhan layihəsinə bir daha dəstək verilmişdir.

Bunların hamısı Azərbaycanın iqtisadiyyatını inkişaf edirməyə, xalqımızın rifah halını yaxşılaşdırmağa yönəlibdir. Mən tam qətiyyətlə deyirəm ki, bizim gördüyümüz bu işlər yaxın gələcəkdə öz gözəl nəticələrini verəcəkdir. Bunlar da Azərbaycanın iqtisadiyyatını möhkəmləndirəcək, inkişaf etdirəcək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə xidmət göstərəcək, Azərbaycan xalqının rifah halının daim yaxşılaşmasını təmin edəcəkdir. Bizim vəzifəmiz bu yolla getməkdən ibarətdir.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu uğurla həyata keçirilir. Demokratiya Azərbaycanın bütün sahələrini əhatə etmişdir. Bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas aparıcı qüvvəsidir. Bunlar bizim gələcəyimizi təmin edir. Gələcəyimiz isə çox aydındır, çox uğurludur.

Azərbaycanda dövlət müstəqilliyi artıq dönməz olubdur. Azərbaycanda daxili ictimai-siyasi sabitlik dönməz olubdur. Azərbaycanda demokratiya dönməz olubdur. Azərbaycanda bazar iqtisadiyyatı dönməz olubdur. Beləliklə, biz dünya iqtisadiyyatına inteqrasiya oluruq və dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın müsbət nəticələrini görürük. Azərbaycanın Avropa Şurasına qəbul olunması da bizim bu sahədə əldə etdiyimiz nailiyyətlərdəndir.

Bir sözlə, bizim ölkəmiz, xalqımız indi rahat yaşayır. Bizi narahat edən problemin həlli, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması qarşıda duran vəzifəmizdir. Mən əminəm ki, biz bu vəzifəni yerinə yetirəcəyik. Ölkəmiz dünya miqyasında, beynəlxalq aləmdə özünə layiq yerini tutur. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və biz buna görə xalqımıza, millətimizə minnətdarıq.

Mən bu gün bayram günü sizi bir daha təbrik edirəm. Azərbaycanın torpaqlarının keşiyində duran əsgərləri təbrik edirəm. Ağır vəziyyətdə çadırlarda yaşayan soydaşlarımızı təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Veteranları, torpaqlarımızın müdafiəsi uğrunda vuruşanları və xəsarət alanları təbrik edirəm. Bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm.

Bayramınız mübarək olsun!

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və gurultulu, sürəkli alqışlarla qarşılandı).

X X X

Təntənəli mərasimdə iştirak edən xarici ölkələrin Azərbaycandakı səfirləri, respublikamızın elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri Prezident Heydər Əliyevə yaxınlaşaraq onunla mehribanlıqla görüşdülər, dövlətimizin başçısını 28 May- Respublika günü münasibətilə səmimi qəlbdən təbrik etdilər, uzun ömür, cansağlığı arzuladılar.

Təntənəli mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, parlamentin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər