Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKA HƏRBİ PROKURORLUĞUNDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, aprelin 6-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mətbuat konfransı keçirilmişdir.

Baş prokurorun müavini hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərmanlarının ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə və cəmiyyətimizin müasir inkişafı mərhələsində informasiya, məlumat azadlığının təmin edilməsinə geniş imkan və hüquqi əsaslar yaratdığını vurğuladı, bu sahədə görülən işləri konkret faktlarla diqqətə çatdırdı. Qeyd etdi ki, ulu öndərimizin siyasi xəttini müvəffəqiyyətlə davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də demokratik dövlət quruculuğunun əsas atributlarından olan KİV-lərin inkişafına xüsusi diqqət və qayğı göstərir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun bu yaxınlarda qüvvəyə minməsini kütləvi informasiya vasitələrinin fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Bununla əlaqədar rəhbərlik etdiyi qurumda həyata keçirilən tədbirlərdən danışan hərbi prokuror dedi ki, prokurorluqda kütləvi informasiya vasitələri üçün “Açıq qapı” günləri, mətbuat konfransları keçirilir, qanunçuluq, hüquq qaydasının qorunması, cinayətkarlığın vəziyyəti, o cümlədən korrupsiya cinayətləri, ağır və xüsusilə ağır cinayətlərlə mübarizə sahəsində görülən işlər barədə KİV-lərə mütəmadi olaraq məlumatlar verilir. Ötən il Hərbi Prokurorluğun mətbuat xidmətinin 30 məlumatı kütləvi informasiya vasitələrində dərc olunmuş, jurnalistlərin 300-dən artıq, vətəndaşların və hərbçilərin 350-yə yaxın müxtəlif səpkili suallarına cavab verilmiş, prokurorluq orqanlarının əməkdaşları əhalinin və hərbi qulluqçuların hüquqi maarifləndirilməsi istiqamətində vaxtaşırı çıxışlar etmişlər.

Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi daimi diqqət və qayğıdan danışan hərbi prokuror dedi ki, son illər ordu quruculuğu işlərinə büdcədən daha böyük məbləğdə vəsait ayrılmaqla bərabər, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların və digər hərbi qurumların zabitlərinin və bütün şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, yeni əsgər yataqxanaları, tibb müəssisələri, o cümlədən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalı yenidən qurularaq ən müasir tibbi avadanlıqla təchiz olunmuş, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin hərbi hospitalları əsaslı təmir edilmiş, zabitlər üçün yaşayış binaları inşa olunub istifadəyə verilmişdir. Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının, hərbi rütbəyə və digər imtiyazlara görə ödənişlərin yenə də 2 dəfə artırılması, həmçinin onların güzəştli ipoteka krediti almaları nəzərdə tutulmuşdur.

Qeyd edildi ki, Hərbi Prokurorluğun fəaliyyətinin əsas məqsədi Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsinə, hərbi qulluqçular arasında nizamnamə qaydalarına ciddi əməl edilməsinə, onların hüquqlarının daha etibarlı müdafiəsinə və hərbi qurumlarda qanunçuluğun təmin olunmasına, son nəticədə ordumuzun döyüş qabiliyyətinin artırılmasına nail olmaqdan ibarətdir. Hərbi Prokurorluq orqanlarının bu istiqamətdə fəaliyyətinin yaxşılaşdırılması nəticəsində Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artmış, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlərin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilmiş, digər prokuror təsiri tədbirləri görülmüşdür.

Hərbi Prokurorluq orqanları tərəfindən 2005-ci ildə 2004-cü illə müqayisədə 9,7 faiz, 2006-cı ilin yanvar-fevral aylarında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox cinayət hadisəsi qeydə alınmışdır. Cinayətkarlığın dinamikasının təhlili göstərir ki, qeydə alınmış cinayətlərin sayı qeyri-hərbi cinayətlərin hesabına artmışdır.

Araşdırma göstərir ki, qeyri-hərbi cinayətlərin sayının artması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrin ayrı-ayrı qurumlarında müxtəlif vəzifə cinayətlərinə, saxtakarlıq və rüşvətxorluq hallarına qarşı mübarizənin daha da gücləndirilməsi, prokuror nəzarətinin kəsərliliyinin yüksəldilməsi ilə əlaqədardır. Bu məsələdə Müdafiə Nazirliyi və digər hərbi qurumlar arasında qarşılıqlı sağlam və işgüzar əlaqələrin düzgün təşkil edilməsinin də müsbət rolu olmuşdur.

Görülmüş tədbirlər nəticəsində 2005-ci ildə 2004-cü illə müqayisədə özünü öldürmə və özünü öldürməyə sui-qəsd hallarının sayı 29,6 faiz, qəsdən adam öldürmə hallarının sayı 27,3 faiz və xuliqanlıq cinayətlərinin sayı 50 faiz azalmışdır. Qeyd olunmuşdur ki, 2005-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlərin sayı 2004-cü ilə nisbətən 1,5 faiz, 2006-cı ilin yanvar-fevral aylarında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azalmışdır. Diqqətə çatdırıldı ki, uzun illər ərzində Silahlı Qüvvələrimiz üçün ən problemli və mənfi hallardan biri olan, hər birimizi çox narahat edən və mənəvi iztirab verən fərarilik və hərbi xidmətdən yayınma cinayətlərinin sayının xeyli azalması da ordu quruculuğunda baş verən əsaslı müsbət dəyişiklikləri göstərir. 2005-ci ildə 2004-cü illə müqayisədə fərarilik 11,1 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə 12,8 faiz azalmışdır. Qeydə alınmış fərarilik cinayətlərinin cəmi 5,2 faizi 2005-ci ildə törədilmişdir. 2006-cı ilin yanvar-fevral aylarında isə ümumiyyətlə fərarilik cinayəti törədilməmişdir.

Ötən il 2004-cü illə müqayisədə tabeçilik qaydaları əleyhinə olan cinayətlərin sayı 16,9 faiz və tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin sayı isə 7 faiz artmışdır. Həmin müddətdə hərbi prokurorluq orqanlarında təqsirləndirilən şəxs qismində cəlb edilmiş zabit, gizir və çavuşlar bütünlükdə cəlb edilmiş təqsirləndirilən şəxslərin 32,9 faizini təşkil etmişdir.

Zabitlər tərəfindən törədilmiş az əhəmiyyətli əməllərin hərbi hissələrdə yaradılan zabitlər üçün şərəf məhkəməsində müzakirə olunub tədbirlər görülməsinin daha düzgün hesab edildiyini bildirən hərbi prokuror, bu məqsədlə qanunvericiliyə dəyişikliklər olunması haqda təkliflər hazırlandığını da qeyd etdi.

Diqqətə çatdırıldı ki, hərbi prokurorluq orqanları tərəfindən cinayətlərin vaxtında açılması, cinayəti törətmiş şəxslərin aşkar edilərək məhkəməyə verilməsini təmin etmək istiqamətində də əhəmiyyətli işlər görülmüş, nəticədə 2005-ci ildə qeydə alınmış cinayət hadisələrinin 99,8 faizinin, 2006-cı ilin yanvar-fevral aylarında isə qeydə alınmış bütün cinayətlərin açılması təmin olunmuşdur. Hərbi prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış 9 adam öldürmə cinayətinin açılması təmin olunmuşdur və bu sahədə işlər davam etdirilir. Ümumiyyətlə, Hərbi Prokurorluğun Kollegiyasının qərarına əsasən, uzun illər açılmamış qalan cinayətlər, xüsusilə də qəsdən adamöldürmə cinayətləri üzrə başlanmış işlər öyrənilir və onların açılması, həmin cinayətləri törətmiş şəxslərin aşkar olunub cinayət məsuliyyətinə cəlb olunması üçün intensiv və səmərəli iş aparılır.

Natiq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın tələblərinin hərbi prokurorluq orqanları tərəfindən yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılmış, Hərbi Prokurorluqda Silahlı Qüvvələrin və milli təhlükəsizlik orqanlarının yüksək vəzifəli şəxsləri barəsində, Nəsimi, Əzizbəyov, Sabunçu, İmişli və Qubadlı rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində, Sumqayıt və Gəncə hərbi prokurorluqlarında ayrı-ayrı hərbi hissələrin vəzifəli şəxsləri barəsində cinayət işləri üzrə ibtidai istintaq aparılaraq, cinayət törətmiş 60 nəfər yüksək vəzifəli şəxsin məhkəmə məsuliyyətinə cəlb olunması təmin edilmişdir. Hərbi Prokurorluqda Tərtər Ərazi Hərbi Prokurorluğunun işçiləri, habelə Mingəçevir şəhər və Şahbuz rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barədə vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə və rüşvətxorluqla bağlı cinayət işlərinin istintaqı aparılır.

Erməni təcavüzkarları tərəfindən törədilmiş cinayət işlərinin istintaqının 2005-ci ilin mayından respublika Hərbi Prokurorluğuna tapşırıldığını bildirən hərbi prokuror, bu istiqamətdə aparılan tədbirlər barədə də ətraflı məlumat verdi, 72 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edildiyini, 532 nəfər şübhəli şəxs barəsində kartoteka yaradıldığını bildirdi.

Vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını deyən general-leytenant Xanlar Vəliyev diqqətə çatdırdı ki, 2005-ci ildə Hərbi prokurorluq orqanlarında vətəndaşların 2979 müraciətinə baxılmış, onlardan 1221-i, yaxud 40,9 faizi həll edilmişdir. Müraciətlərin 19-u “Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş, onların hamısına qanunla müəyyən olunmuş müddətlərdə və qaydada baxılaraq müvafiq cavablar verilmişdir. Müraciətlərin 567-si təmin olunmuşdur. Hərbi prokurorluq orqanlarında vətəndaşların şəxsi qəbuluna daha ciddi diqqət yetirilir. Ərazi hərbi prokurorluqlarında vətəndaşların qəbulunu həyata keçirmək üçün cədvəllər tərtib edilmişdir. Həmin cədvəllərə uyğun olaraq hərbi prokurorlar, onların müavini və köməkçiləri həftədə bir dəfə hərbi hissələrdə olmaqla, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxır, hüquqi maarifləndirmə işləri aparırlar. 2005-ci ildə respublika Hərbi Prokurorluğunun Mərkəzi Aparatında 535 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilmişdir. Bu günlərdə isə respublika Hərbi Prokurorluğunun rəhbərliyi, idarə və şöbə rəisləri cəbhə bölgəsində və hərbi hissələrdə hərbi qulluqçuları və onların ailə üzvlərini qəbul edərək, problemlərinin həllinə müvafiq kömək göstərmişlər. Bu tədbirlər mütəmadi davam etdiriləcəkdir.

Respublika Hərbi Prokurorluğunda kadr işinin təşkili və ştat strukturlarının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını vurğulayan hərbi prokuror dedi ki, dövlətimizin başçısının fərmanları ilə respublika Hərbi Prokurorluğuna qanunvericiliyin icrasına nəzarət üzrə, həmçinin hərbi prokurorluq əməkdaşlarının hərbi xidmətə çağırılması və onlara müvafiq hərbi rütbələrin verilməsi ilə bağlı əlavə səlahiyyətlər verilmişdir. Bu da hərbi prokurorluğun qarşısında duran vəzifələrin daha səmərəli yerinə yetirilməsinə şərait yaradır. Prokurorluğun 51 işçisi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulmuş vəzifələrin təsnifatı üzrə daha yüksək təsnifata aid edilmiş, yeni struktur bölmələri yaradılmış, Attestasiya Komissiyasının işi bərpa olunmuş, komissiyanın qərarları ilə 2005-ci ildə 54 əməkdaş, 2006-cı ildə isə 12 nəfər vəzifədə irəli çəkilmiş, 83 işçi xidməti qaydada həvəsləndirilmiş və 6 işçi “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilmiş, 19 işçi müvafiq qaydada mükafatlandırılmış, 54 işçiyə hərbi rütbələr, 22 işçiyə xüsusi rütbələr verilmişdir. Xidməti fəaliyyətində nöqsanlara yol vermiş 12 nəfər əməkdaş intizam qaydasında cəzalandırılmış, o cümlədən 4 nəfər prokurorluq orqanlarından xaric edilmişdir.

Sonda hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin davam etdirildiyini diqqətə çatdıran hərbi prokuror, jurnalistləri maraqlandıran sualları cavablandırdı, kütləvi informasiya vasitələri ilə bundan sonra da qanun çərçivəsində ardıcıl iş aparılacağını, mətbuat orqanları ilə daha sıx əməkdaşlıq ediləcəyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir