“Reuters”: ABŞ diplomatları Dəməşqdə Suriyanın yeni hakimiyyəti ilə görüşəcək
Bakı, 20 dekabr, AZƏRTAC
ABŞ-ın yüksəkvəzifəli diplomatları Dəməşqdə Heyət Təhrir əş-Şam (HTŞ) hərəkatının rəhbərlik etdiyi Suriya keçid hökuməti ilə görüşəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif, ABŞ Prezidentinin girovlarla bağlı xüsusi elçisi Rocer Karstens və Suriya üzrə yeni təyin olunmuş baş müşaviri Daniel Rubinşteyn Bəşər Əsəd rejiminin süqutundan sonra Dəməşqə səfər edən ilk amerikalı diplomatlardır.
Agentliyin məlumatına görə, ABŞ diplomatlarının Dəməşqə səfəri Qərb ölkələrinin HTŞ ilə tədricən əlaqələr qurması və hərəkatın terror təşkilatları siyahısından çıxarılması imkanlarının müzakirəsi fonunda baş tutub.
Diplomatlar Suriya xalqı ilə, o cümlədən vətəndaş cəmiyyətlərinin nümayəndələri, fəallar və icma üzvləri ilə birbaşa əlaqə saxlayacaq, ölkənin gələcəyi ilə bağlı baxışlarını və Birləşmiş Ştatların mümkün dəstəyini müzakirə edəcəklər. ABŞ nümayəndə heyəti keçid dövrünün prinsiplərini müzakirə etmək üçün HTŞ nümayəndələri ilə də görüşməyi planlaşdırır. Həmçinin onlar 2012-ci ilin avqustunda Suriyada həbs olunmuş amerikalı jurnalist Ostin Tays və bu ölkədə itkin düşən digər ABŞ vətəndaşları haqqında məlumat əldə etməyə çalışacaqlar.
Qeyd edək ki, 2012-ci ildə ABŞ Suriyada başlayan vətəndaş müharibəsi fonunda bu ölkə ilə diplomatik əlaqələri kəsib və Dəməşqdəki səfirliyini bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]