Rostropoviçlərin ev-muzeyində uşaqlar üçün bayram tədbiri
Bakı, 1 iyun, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin xüsusi qonağı “Doğma mahnılar” kitabının müəllifi və layihə rəhbəri Aysel Zahidqızı olub. O, Bakı şəhəri 1 nömrəli İnternat məktəbinin şagirdləri ilə görüşüb, onlara nağıllar oxuyub və uşaqlar üçün maraqlı interaktiv oyunlar təşkil edib.
Oyunlarda fəallığı ilə seçilən uşaqlara “Doğma mahnılar” kitabı hədiyyə olunub.
Tədbirdə Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında əyləncəli uşaq mahnıları səsləndirilib.
Həmin gün uşaqların bayram sevincini bölüşənlərdən biri də “Qanun” nəşriyyatı olub. Tədbirdə iştirak edən uşaqlara nəşriyyat tərəfindən kitablar hədiyyə edilib.