Rumıniya xarici tərəfdaşlardan pandemiya ilə mübarizədə yardım istəyib
Buxarest, 19 oktyabr, AZƏRTAC
Rumıniya səhiyyə müəssisələri artıq COVID-19 virusuna yoluxmuş xəstələrin öhdəsindən gələ bilmir. Rumıniya hökuməti daha çox tibbi avadanlığa ehtiyac olduğundan təcili yardım üçün xarici tərəfdaşlara müraciət edib. Xəstələrin bir qismi müalicə üçün Macarıstana aparılıb. Rumıniya artıq Danimarkadan 15 ventilyator və səkkiz oksigen konsentratoru və İtaliyadan hərbi təyyarələrlə gətirilən 5200 doza monoklonal antikor alıb. Rumıniya Daxili İşlər Nazirliyinin dövlət katibi, Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Arafat, Almaniya tərəfindən 12 min 700 doza monoklonal antikorların göndərildiyini, Avstriya reanimasiya şöbəsi üçün dərmanlar təklif etdiyini, Fransanın kömək etməyə hazır olduğunu bildirib, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 200 oksigen konsentratoru alınıb . Rumıniya hüquq-mühafizə orqanlarının əməkdaşları da pandemiya ilə mübarizəyə öz töhfələrini verirlər. Polis ölkə daxilində hökumətin pandemiya ilə əlaqədar verdiyi qərarların icra vəziyyətinin yoxlanılması üçün reydlər keçirir. Başqa əyalətlərdə də çətin vəziyyət yaranır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]