SİYASƏT
Rumıniyanın sabiq Baş naziri: Prezident İlham Əliyevin Azərbaycanın tarixi dəyərlərinin qorunması istiqamətində fədakarlığına heyran olmuşam
![Rumıniyanın sabiq Baş naziri: Prezident İlham Əliyevin Azərbaycanın tarixi dəyərlərinin qorunması istiqamətində fədakarlığına heyran olmuşam](/files/2021/3/1200x630/16403528826339257771_1200x630.jpg)
Buxarest, 23 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan ilə Rumıniya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş görüşümüzü böyük məmnunluqla xatırlayıram. Dəyişən standartları olan beynəlxalq ictimaiyyətdə fərq yaratmaq üçün ölkələrimiz öz tarixi irsindən və insan kapitalından səmərəli istifadə etməlidirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Rumıniyanın 2012-2015-ci illərdə sabiq Baş naziri, “Pro Romania” partiyasının sədri Viktor Ponta söyləyib.
Dövlətimizin başçısı İlham Əliyevin 60 illik yubileyi münasibətilə təbriklərini çatdıran sabiq Baş nazir deyib: “Mən bütün bu illər ərzində Prezident İlham Əliyevin azərbaycanlıların hərtərəfli maraqlarına, böyük beynəlxalq dəyişikliklərə uyğunlaşmaq bacarığına, eyni zamanda, Azərbaycanın tarixi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük fədakarlığına heyran olmuşam”.
Yaxın gələcəkdə dostluq münasibətlərimizi xalqlarımızın maraqlarını əks etdirən yeni layihələrlə davam etdirmək ümidini ifadə edən sabiq Baş nazir 2022-ci ildə Prezident İlham Əliyevə maraqlı layihələr, möhkəm cansağlığı və sülh arzulayıb”.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest