RUSİYA AİLƏLƏRİNƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİ
AZƏRTAC xəbər verir ki, iyunun 3-də Azərbaycanın rus icması yanında Rus Mədəniyyəti Mərkəzində “Rusiya: Ailə ili - 2008” fotosərgisi açılmışdır. Vernisaj Rusiya Beynəlxalq Elmi və Əməkdaşlıq Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və Rus Mədəniyyəti Mərəkəzinin köməyi ilə təşkil olunmuşdur.
Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin Azərbaycan nümayəndəliyinin başçısı İqor Jukovun sözlərinə görə, tədbirdən məqsəd Rusiya ailələrinin həyatını göstərməkdir. Ailə nəinki şəxsiyyətin formalaşmasına, özünütəsdiqinə kömək edir, həm də sosial və yaradıcılıq fəallığını stimullaşdırır. Sərgidə insanların, ailələrin həyatının müxtəlif anları əks olunmuşdur.
İ.Jukov demişdir ki, onun ölkəsində ötən il Prezident tərəfindən elan olunmuş “Ailə ili” layihəsinin həyata keçirilməsi Rusiya ailələrinin nüfuzunun artırılmasına, ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsinə yönəldilmişdir.
Sərgidə “RİA Novosti” agentliyinin müxbirləri Vladimir Vyatkin, Dmitri Korobeynikov, Valeri Şustov, Sergey Venyavski və başqalarının fotoəsərləri nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]