“RUSİYA AZƏRBAYCAN MƏKTƏBLİLƏRİNİN GÖZÜ İLƏ” ADLI MÜSABİQƏ-SƏRGİ AÇILMIŞDIR
Sərgidə Bakı məktəblilərinin Rusiyaya və onun əsrarəngiz təbiətinin təsvirinə həsr olunmuş 300 əl işi nümayiş etdirilir.
İştirakçılar rəsm əsərlərindən əvvəl Bakı məktəblərinin hazırladıqları və ölkələrimiz arasında əlaqələri, hökumət və dovlət rəhbərlərinin görüşlərini, Rusiyanın sosial həyatını əks etdirən fotostendlərlə tanış olmuşlar.
T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayının direktoru Bədayə Ramazanova, Moskva Dövlət Açıq Universitetinin elmi işlər üzrə prorektoru Yevgeni Şerbakov, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi İqor Jukov və başqaları açılış mərasimində çıxış edərək, Bakı məktəblilərinin Rusiya həyatını və təbiətini bu qədər dərindən bildiklərinə, onları müxtəlif rəng çalarları vasitəsilə bacarıqla əks etdirdiklərinə heyrətləndiklərini bildirmiş, bunu ölkələrimiz arasındakı yaxın münasibətlərin sübutu kimi dəyərləndirmişlər.
Tədbirdə məktəblilərin ifa etdiyi mahnılar və rəqslər iştirakçılarda xoş ovqat yaratmışdır.
Münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər videomaqnitofonla mükafatlandırılmışlar.