Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan
Əziz İlham Heydər oğlu,
Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin. Siz yaradıcı, məqsədyönlü fəaliyyətinizin bütün mərhələlərində öz istedadınızı, təcrübə və enerjinizi bütünlüklə Azərbaycan xalqının maraqlarına təmənnasız xidmətə həsr etmisiniz. Siz dahi atanız Heydər Əliyevin ənənələrini davam etdirərək, ölkənin inkişafının dönüş dövrlərindən birində onun rəhbəri tarixi missiyasını böyük məsuliyyət və müdrikliklə yerinə yetirirsiniz. Respublikada dövlətçiliyin gələcək təşəkkülü və möhkəmlənməsi, onun sosial-iqtisadi inkişafında sanballı uğurlar, Azərbaycan millətinin mənəvi-əxlaqi dirçəlməsi bu gün ayrılmaz surətdə Sizin adınızla bağlıdır. Azərbaycan Respublikasının həyat fəaliyyətinin bütün sahələrində irimiqyaslı dəyişikliklər Azərbaycanın hüdudlarından uzaqlarda, o cümlədən Rusiya Federasiyasında haqlı olaraq hörmət doğurur.
Bu gözəl əlamətdar gündə Sizə ürəkdən möhkəm cansağlığı, Qafqaz uzunömürlülüyü və Azərbaycan xalqının səadəti naminə gələcək uğurlar arzulayıram. Sizin Dağıstana və bizim ailəyə münasibətinizi çox qiymətləndirirəm.
Dərin hörmətlə,
İlyas Umaxanov
Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurası sədrinin müavini