Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Svetlana Orlovadan
Hörmətli İlham Heydər oğlu!
Əlamətdar yubileyiniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin!
Siz bu əlamətdar yaş həddinə fəaliyyətinizin elə nəticələri ilə çatmısınız ki, onlarla hər bir ölkənin lideri fəxr edə bilər! Azərbaycan sabit inkişaf edir, genişmiqyaslı sosial-iqtisadi inkişaf layihələrini ardıcıl reallaşdırır, beynəlxalq arenada, energetika sahəsində qlobal əməkdaşlıq layihələrinin həyata keçirilməsində öz rolunu gücləndirir.
Rusiya və Azərbaycan xalqları arasında əlaqələr durmadan inkişaf edir və bu, Sizin çox böyük şəxsi töhfənizdir! Sizin parlaq fərdi xüsusiyyətləriniz və gözəl insani keyfiyyətləriniz həmişə yeni tərəfdarlar cəlb etmişdir və cəlb etməkdədir, çoxsaylı insanları Azərbaycana dost edir.
Sizə Azərbaycan xalqının rifahı naminə, xalqlarımızın və ölkələrimizin səmimi və möhkəm münasibətləri naminə səmimi qəlbdən uzun ömür, səmərəli fəaliyyət arzulayıram!
Sizin gözəl, günəşli diyarınıza sülh və firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik və sevgi diləyirəm!
Hörmətlə,
Svetlana Orlova
Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurası sədrinin müavini