Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevdən
Hörmətli İlham Heydər oğlu!
Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm!
Sizin rəhbərliyiniz altında öz sanballı iqtisadi potensialının reallaşdırılmasında nəzərəçarpacaq uğurlar qazanmış Azərbaycan ciddi sosial dəyişikliklər həyata keçirir, bənzərsiz mədəniyyətini və milli ənənələri qayğı ilə qoruyub saxlayır. Dövlətin qarşısında duran məsələlərin səmərəli həlli, respublikanın beynəlxalq aləmdə nüfuzunun ardıcıl möhkəmlənməsi Sizə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim reputasiyası qazandırmışdır.
Aramızda yaranmış səmimi şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Bizim konstruktiv səmimiyyət şəraitində keçən müntəzəm təmaslarımız, dinamik inkişaf edən ticari-iqtisadi münasibətlər, mədəni-humanitar mübadilələr, səmərəli regionlararası əlaqələr Rusiya-Azərbaycan strateji tərəfdaşlığının genişlənməsinin mühüm amilləridir. Hər iki tərəfin çoxsahəli ikitərəfli əməkdaşlığı hərtərəfli möhkəmlətmək əzmi sayəsində dövlətlərarası qarşılıqlı əlaqələrin geniş palitrası ilbəil yeni genişmiqyaslı layihələr və təşəbbüslərlə zənginləşir.
Əminəm ki, çoxəsrlik mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri birgə səylərimiz sayəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu, ölkələrimizin vətəndaşlarının mənafelərinə, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi vəzifələrinə tam cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağılığı arzulayır və dost Azərbaycan xalqı naminə yeni uğurlar diləyirəm.
Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq və uğurlar.
Hörmətlə,
Dmitri Medvedev
Rusiya Federasiyasının Prezidenti