Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində növbəti sərgi açılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya bu gün” layihəsi çərçivəsində növbəti sərgi açılıb. Sərgidə moskvalı fotoqraf Dmitri Qujelya öz işlərini təqdim edib.
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllif sərgini “Rusiya haqqında süjetlər” adlandırıb. Ekspozisiyada Rusiya Federasiyasının təbii müxtəlifliyini və zənginliyini parlaq əks etdirən fotolar təqdim olunub.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov sərginin açılışında çıxış edib.
Bakı Slavyan Universitetinin tələbələri sərginin ilk qonaqları olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]