Rusiya Prezidenti saxlanılan şəxslərin dəyişdirilməsini Ukrayna ilə münasibətlərin sabitləşməsinə doğru yaxşı addım adlandırıb
Moskva, 5 sentyabr, AZƏRTAC
Prezident Vladimir Putin Rusiya və Ukrayna tərəfdən saxlanılan şəxslərin dəyişdirilməsini iki ölkə arasında münasibətlərin sabitləşməsinə doğru atılacaq yaxşı addım adlandırıb.
AZƏRTAC xəbər verir ki, Rusiya dövlətinin başçısı saxlanılan şəxslərin dəyişdirilməsinə dair danışıqların başa çatdığını diqqətə çatdırıb, prosesin miqyaslı xarakter daşıyacağına ümid etdiyini deyib. V.Putin qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin tam normallaşması qaçılmazdır. “Düşünürəm ki, tarixi perspektivdə bu, qaçılmazdır. Mən münasibətlərin tam normallaşmasını nəzərdə tuturam, çünki biz bir xalqın iki hissəsiyik”, - deyə Rusiya Prezidenti əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]