Rusiya sülhməramlılarının üç avtomobili aksiya ərazisindən keçib




Şuşa, 5 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus bir tibbi maşın, bir təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [19:55]
Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib
- 17.05.2025 [02:20]
Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq
- 16.05.2025 [19:00]