Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya telekanalında “Azərbaycan. Odlar yurduna səyahət” adlı film yayımlanıb VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC

Geniş tamaşaçı auditoriyası olan və üç dildə yayımlanan “Russian Travel Guide” (RTG TV) beynəlxalq maarifləndirici telekanalda “Azərbaycan. Odlar yurduna səyahət” adlı film nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin tarix, mədəniyyət, incəsənət, turizm imkanlarının əks olunduğu proqramları təqdim edən RTG TV-də Azərbaycan haqqında mütəmadi olaraq filmlər göstərilir. Nümayiş etdirilən bu filmdə tamaşaçılar unikal təbiətimiz, qədim tariximiz, ölkəmizin turizm potensialı ilə tanış olurlar.

“Möhtəşəm Qafqaz dağları, geniş düzənliklər, başı dumanlı təpələr və Xəzər dənizinin sonsuz səthi. Azərbaycan Şərq və Qərb ənənələrinin və mədəniyyətlərinin cəmləşdiyi məkandır. Ölkənin hər bir şəhər və kəndinin tarixi minilliklərə gedib çıxır”. İqor Maksimenkonun müəllifi olduğu film məhz bu sözlərlə başlayır.

Azərbaycanın hər bir qarışı gəzməli və görməlidir deyən müəllif 4 hissəli filmində tamaşaçılara şahidi olduğu ən gözəl turistik marşrutları təqdim edir. Ölkəmizin dünya xəritəsində coğrafi mövqeyindən danışılır, qədim tariximizə nəzər salınır. Bildirilir ki, alov hələ qədim zamandan Azərbaycanın rəmzinə çevrilib. Yanardağda olan müəllif qeyd edir ki, Abşeronun böyük bir hissəsində alovun yerdən çıxmasının şahidi olursan. Turistlərin Odlar yurduna marağı da ilbəil artır.

İzləyicilər Bakının Suraxanı qəsəbəsindəki Atəşgah haqqında da məlumat əldə edirlər. Bildirilir ki, XVII əsrə aid məbəd UNESCO-nun qeyri maddi-mənəvi irs siyahısına salınıb. Abşeron ərazisində olan Mərdəkan qalasının yaranma tarixi və təyinatı, eləcə də açıq səma altında yerləşən “Qala” Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında dolğun məlumat verən İqor Maksimenko səyahətini Qobustanda davam etdirir. Müəllif arxeoloji qoruq haqqında danışaraq qeyd edir ki, vaxtilə Xəzər dənizinin suları altında olan bu ərazi baş verən təbii proseslər səbəbindən görkəmini dəyişir. Aşkar edilən 10 mindən çox qayaüstü təsvirlər isə bura gələn turistlərin marağına səbəb olur. Qədim insan məskəni sayılan bu ərazidə muzeyin yaradıldığını deyən müəllif vurğulayır ki, bura üz tutanlar mütləq şəkildə qədim eraya səyahət etmək imkanı əldə edəcəklər.

Azərbaycanda dünyanın üçdəbir palçıq vulkanı cəmləşib. Gördüyümüz mənzərə sanki yad bir planetdir. Mavi səma fonunda palçıq püskürən vulkanların konusları fantastik filmlərdəki kadrları xatırladır.

Ölkəmiz haqda filmin 2-ci hissəsində qeyd olunur ki, Odlar yurdunda xeyli sayda faydalı qazıntı da çıxarılır. Onların sırasında Azərbaycanın qərbində əldə edilən Naftalan neftini vurğulamaq olar. Eyniadlı şəhərdən söhbət açan müəllif burada hətta müalicə sanatoriyaların fəaliyyət göstərdiyini də deyir. Naftalan neftinin müalicəvi xüsusiyyətlərini öz üzərində hiss etmək istəyən minlərlə turist istirahət məkanlarına üz tutur.

“Russian Travel Guide” telekanalının əməkdaşı səyahətini Şamaxı-İsmayıllı-Qəbələ və Şəki marşrutu ilə davam etdirir. Qədim və zəngin tarixi keçmişə malik Şamaxıya üz tutan İqor Maksimenko Mərəzə yaxınlığındakı Diri baba türbəsi haqqında məlumatları bölüşür. Şirvan memarlıq məktəbinə aid tikilinin dağ üzərində inşa edilən unikal abidə olduğunu vurğulayır. Yeddi günbəz kompleksindən danışan müəllif Şamaxı xanlığı barədə izləyicilərə məlumat verir. Yaxın Şərqin ən qədim müsəlman memarlıq abidəsi sayılan Şamaxı Cümə Məscidi isə izləyicilərə bütün əzəməti və gözəlliyi ilə təqdim olunur. Vurğulanır ki, 1902-ci ildə güclü zəlzələ nəticəsində tamamilə dağılan məscid illər sonra yenidən tikilib. Ölkə rəhbərliyinin qayğısı sayəsində mərkəz əsaslı təmir olunaraq yeni əzəmətli görkəmi ilə ziyarətçilərin ixtiyarına verildi.

Şimal-Qərb marşrutu üzrə səyahət edən İqor Maksimenko qədim Lahıcda da olur. V əsrə aid bu tarixi məkan qoruq elan olunaraq hər il yerli və xarici turistləri cəlb edir. Filmin Qəbələyə məxsus hissəsində burada xeyli sayda qədim tarixə malik əsrarəngiz məkanların olduğunu deyən müəllif buradakı türbələrdən söz açır.

Tolerantlıq məkanı sayılan Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və mehriban şəraitdə yaşayırlar. Buna nümunə kimi filmdə orta əsrlər Albaniyasına aid udin kilsəsi göstərilir. Vurğulanır ki, Nic qəsəbəsində yaşayan qədim albanların bu etnik qrupunun öz mədəniyyəti, adət-ənənələri və dili var. Yelisey-Çotari kilsəsi isə dövlət tərəfindən bərpa edilərək udinlərin ixtiyarına verilib.

50 dəqiqəlik filmin sonuncu hissəsi müəllifin Şəkiyə səyahəti ilə yekunlaşır. Şərqin möhtəşəm şəhərlərindən olan Şəki eyniadlı xanlığın paytaxtıdır. Çox sayda tarixi abidələrin cəmləşdiyi şəhəri İqor Maksimenko açıq səma altında böyük bir muzeyə bənzədir. Müəllif xüsusilə Aşağı və Yuxarı Karvansaray, onun yaranması, tarixi və təyinatı haqda məlumat verir. Şəki Xan sarayının əzəmətindən söz açır və onu Azərbaycanın orta əsrlər memarlığının incisi adlandırır.

Rusiya telekanalında “Azərbaycan. Odlar yurduna səyahət” adlı film yayımlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır

Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

ADNSU QS dünya universitetləri reytinqində irəliləyərək 711-ci yerə yüksəlib

Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

® Mərkəzi Gömrük Hospitalının transplantoloqu “Tərəqqi” medalı ilə təltif olunub

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti strateji baxışın konseptual təqdimatıdır - ŞƏRH

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Mayda qlobal neft tədarükü gündəlik 94,47 milyon barelədək geriləyib

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib

II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent: ADA Universitetində təhsil almaq istəyirəm

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir

Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb - MÜSAHİBƏ

Əli Əhmədov: Parlamentlərarası Komissiya Azərbaycan-Rusiya dialoqunun inkişafında mühüm platformadır

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına

AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının III mərhələsində iştirak edəcəklər

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB

Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

Fransada qaradərili gənclərin hədəfə alındığı iddia edilir

Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar

Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib

İyunun 21-də Azərbaycan dili fənni üzrə növbəti imtahan təşkil olunacaq

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb

BMU QS Dünya Universitetləri Reytinqində 31 pillə irəliləyib

Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik VİDEO

BMT: Silahlı münaqişə zonalarında uşaqlara qarşı zorakılıq halları rekord həddə çatıb

Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Qızılın bir troya unsiyasının qiyməti 4327 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4327 dollara enib VİDEO

Ombudsman İnsan Hüquqları Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib

Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb

Naxçıvanda "Qərbi Azərbaycana qayıdış” III festival-konqresi işə başlayıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

"Səbail"in yeni prezidenti: Planımız gələcəkdə birmənalı olaraq “Quba” adı altında fəaliyyət göstərməkdir

Azərbaycan nefti 82 dollara satılıb VİDEO

Azərbaycan nefti 82 dollara satılıb VİDEO

“Xəyalımdakı şəhər” sərgisində uşaqların yaradıcılıq nümunələri nümayiş olunub

Professor Mahirə Hüseynova: İnanırıq ki, "Qərbi Azərbaycana qayıdış" ideyası öz real nəticələrini verəcək

BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır

Keşikçidağ-Taraz dialoqu: Azərbaycan və Qazaxıstanın mədəni irs mütəxəssisləri bir araya gəldilər

Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik VİDEO

Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır VİDEO

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq VİDEO

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib VİDEO

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir VİDEO

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib VİDEO

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır VİDEO

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var VİDEO

Neft Emalı Zavodunda baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB

Aİ sorğusu: Yeniyetmələr sosial şəbəkələrin təsirini daha müsbət qiymətləndirirlər

Ukraynanın bir sıra bölgələrində hücum xəbərdarlığı

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Dünya avtomobil bazarlarında elektromobil satışı artıb

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

İspaniyada qocalıq dövründə sağlamlığın qorunmasına kömək edən inyeksiya hazırlanıb

“Atlas” robotu universal intellekt səviyyəsinə yaxınlaşır

Qana dünya çempionatına qələbə ilə başladı

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb

Versal sarayını tərk edən Trampdan maraqlı açıqlama

BBC ixtisarlara başlayıb: bəzi proqramlar bağlanacaq

Aİ ukraynalı qaçqınların qəbulu qaydalarına dəyişiklik etməyi nəzərdən keçirir

İsmayıl Bəqai: Memorandum prezidentlər tərəfindən imzalanıb

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

Dünya çempionatı: Altı qolun vurulduğu oyunda İngiltərə sevinib

Fiziklər ilk dəfə işlək nüvə saatı yaradıblar

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Beynəlxalq konfrans - “Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi”

Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionu olub

Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb

Aşqabadda Azərbaycan-Türkmənistan elmi əlaqələrindən danışılıb

Qəbələdə barama tədarükünə başlanılıb

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb

Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi ilə gələcək əməkdaşlıq imkanları dəyərləndirilib

Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub

® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

Tramp: İran ilə müttəfiq olan Çinin və Rusiyanın liderləri çox vaxt münaqişədən kənarda dayanıblar

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib