SİYASƏT
Rusiyada Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referenduma dəstək tədbirləri keçiriləcək
Moskva, 17 avqust, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referenduma Rusiya Federasiyasında dəstək tədbirlərinə start verir.
RAGB-ın idarə heyətindən AZƏRTAC-a bildiriblər ki, referendumu dəstəkləmək üçün Moskvada və Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda “dəyirmi masa”lar keçiriləcək.
Tədbirlər çərçivəsində ekspertlərin, diplomatların, ictimai xadimlərin, habelə diaspor və gənclər təşkilatlarımızın nümayəndələrinin çıxışları planlaşdırılır. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsinə hüquq institutlarının tələbələri, politoloq və iqtisadçılar dəvət edilir.
Tədbirlər sentyabrın birinci yarısında keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva