Rusiyada təyyarə qəzası nəticəsində ölən 11 nəfərin cəsədi tapılıb
Moskva, 7 iyul, AZƏRTAC
Kamçatkada “An-26” təyyarəsinin qəzaya uğramasının mümkün səbəbləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən müşavirədə texnikanın nasazlığı, əlverişsiz hava şəraiti və pilotların səhvini təyyarənin qəzaya uğramasının səbəbləri kimi göstərib. O əlavə edib ki, indiyədək qəzada həlak olanların 11-nin meyiti tapılıb. Eyni zamanda, təyyarənin düşdüyü yerin coğrafi mövqeyi və mürəkkəb meteoroloji şərait axtarış-xilasetmə işlərini çətinləşdirir.
Nazirin sözlərinə görə, qəzada həlak olanların hər birinin ailəsinə 3 milyon 525 min rubl təzminat ödəniləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [14:05]
Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb
- 04.09.2026 [13:53]
Gürcüstanın Poti limanında yük daşımaları artıb
- 04.09.2026 [13:50]
ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb
- 04.09.2026 [13:39]
Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir
- 04.09.2026 [12:57]
El-Nino səbəbindən ekstremal hava hadisələri 2027-ci ilədək arta bilər
- 04.09.2026 [12:11]
Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib
- 04.09.2026 [11:56]