RUSİYANIN BAŞ RAVVİNİ BÜTÜN DİNLƏRİN ƏSASLARININ ÖYRƏNİLMƏSİNƏ TƏRƏFDARDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Rusiyanın baş ravvini Berl Lazar hesab edir ki, məktəblərdə bütün ənənəvi dinlərin əsasları keçilməlidir, çünki yalnız pravoslav mədəniyyətinin öyrənilməsi çox “təhlükəlidir”.
B.Lazar demişdir ki, məktəblərdə təkcə pravoslav mədəniyyətinin əsaslarının öyrənilməsi səhvdir. Bu, hansı dinin daha yaxşı olmasə barədə mübahisələrə, parçalanmaya, nifaqlara və zorakılığa səbəb ola bilər. Ona görə də bütün ənənəvi dinlərin əsasları öyrədilməlidir. O vurğulamışdır ki, pravoslav mədəniyyətinin əsaslarının məktəb proqramına daxil edilməsi hazırda Rusiya cəmiyyətində geniş müzakirə olunur. Amma hələlik yekdil qərar yoxdur. Rus pravoslav kilsəsinin nümayəndələri gənclərin əxlaqının və tolerantlılığının yüksəldilməsi üçün bu fənnin tədrisinin vacibliyini qeyd edirlər.
Rusiya Müftiləri Şurası xristianlığın pravoslav qolunun, İslamın və digər ənənəvi dinlərin məktəblilər tərəfindən dövlət orqanlarının qərarı ilə deyil, valideynlərin icazəsi ilə yalnız fakültativ əsasda daha dərindən öyrənilməsinə tərəfdardır. Şura müəllimlər üçün çapa hazırlanmış “Müsəlman mədəniyyətinin əsasları” dərs vəsaitini də nəzərdən keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]