Rusiyanın Tver vilayətində fərarilik edən hərbçinin cəsədi tapılıb
Moskva, 29 mart, AZƏRTAC
Martın 29-da səhər Rusiyanın Tver vilayətinin Rjev rayonundakı hərbi hissələrdən birindən qaçmış hərbçinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, Tver vilayətindəki hərbi hissələrdən birində müqavilə əsasında qulluq keçən 26 yaşlı serjant Denis Belousov silah və sursat götürərək hərbi hissəni tərk edib. Serjantın axtarışına göndərilən bir qrup hərbçi onun cəsədini yaşayış olmayan binalardan birində aşkarlayıb. Hərbi qulluqçunun özü ilə götürdüyü silah-sursat onun yanında olub.
Hərbçinin intihar etdiyi ehtimal olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]