Sabah hava necə olacaq
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.
Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 764 millimetr civə sütununa bərabər, nisbi rütubət isə 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir
Temperatur gecə 10-15° isti, gündüz 22-27° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
Hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° isti, gündüz 15-19° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 8-13° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-6° isti, gündüz 14-18° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.