“Sabah” klubu “Qəbələ”ni üç cavabsız qolla məğlub edib
Bakı, 1 fevral, AZƏRTAC
Bakının “Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında XX turunda “Qəbələ”ni məğlub edib.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Davit Volkov, Con İrasabal və Coy Lens Mikels vurublar.
Meydan sahiblərinin heyətində Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. İyirmi altı xala malik “Qəbələ” beşincidir.
Qeyd edək ki, tura bu gün keçirilən “Neftçi” - “Zirə” görüşü ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında "Sumqayıt" klubu "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]